Məhkəmə qərarları › İş №2(011)-6304/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6304/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6304/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.112019-cu il tarixli, nzaz 11486_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4482,22 manat, faiz borcuna görə 8,48 manat və 0 manat məbləğində dəbbə borcu, cəmi 4490,7 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC–nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Y.H.İskəndərova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli, nzaz11486_KMP saylı kredit müqaviləsinə əsasən, illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 4482,22 manat məbləğində kredit verilmişdir, həmin kredit müqaviləsinin təminatı olaraq 27.11.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən yayınmışdır. Sonda Y.H.İskəndərova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 13.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, İddiaçı ASC-yə 4482,22 manat əsas borc, 8,48 manat faiz borcu olmaqla, cəmi 4490,7 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.112019-cu il tarixli, nzaz 11486_KMP saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə görə İddiaçı ASC tərəfindən illik 1% olmaqla 60 ay müddətinə 4482,22 manat məbləğində Cavabdeh1 kredit verilir, müqavilənin 2-ci bəndinə görə, Bank müqavilədə nəzərdə tutulan müddətdə və qaydada krediti “borc alana” verməyi, “Borc alan” isə bu müqavilənin bütün şərtlərini əməl etməyi və üzərinə götürdüyü öhdəlikləri pozmamağı, bütün ödənişləri vaxtında həyata keçirməyi, faizləri ödəməyi və kreditin əsas məbləğini qaytarmağı, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 27.11.2019-cu il tarixli nzaz11486 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zaminliklə təmin edilən öhdəlik 27.112019-cu il tarixli, nzaz 11486_KMP saylı kredit müqaviləsindən irəli gələn pul tələbidir və zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.03.2021-ci il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 27.11.2019-cu il tarixli, nzaz 11486_KMP saylı müqaviləsi üzrə 01.03.2021-ci il tarixə olan əsas borcu 4482,22 manat, faiz borcu 8,48 manat, cərimə borcu 0 manat, cəmi borcu 4490,7 manat təşkil edir. İş materiallarında olan 10.02.2021-ci il tarixli 06-03/682 saylı bildirişdən görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən Cavabdeh1 xəbərdarlıq edilmiş, borcun 3 gün ərzində ödənilməsi və kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 10.02.2021-ci il tarixli 06-03/681 saylı bildirişdən görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən Cavabdeh2 xəbərdarlıq edilmiş, borcun 3 gün ərzində ödənilməsi və kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 10.02.2021-ci il tarixli 06-03/682 saylı bildirişdən görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən cavabdeh na xəbərdarlıq edilmiş, borcun 3 gün ərzində ödənilməsi və kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti və ondan istifadəyə görə faizlərin qaytarılması, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, cavabdeh iddia tələbini qəbul edir, cavabdehlərin 4482,22 manat əsas, 8,48 manat faiz borcu, 0 manat dəbbə borcu olmaqla, cəmi borcu 4490,7 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4482,22 manat, faiz borc üzrə 8,48 manat, cərimə borcu üzrə 0 manat, ümumilikdə 4490,7 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada 30 manat tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4482,22 manat, faiz borcu üzrə 8,48 manat, cərimə borcu üzrə 0 manat, ümumilikdə 4490 (dörd min dörd yüz doxsan) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar