Məhkəmə qərarları › İş №2(011)-6308/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6308/2023

04.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6308/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Bakı şəhəri Probasiya İdarəsi cavabdeh X1 qarşı – cavabdehdən elektron mobil nəzarət qurğusunun dəyəri olan 1.346,03 manat vəsaitin alınanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-258/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Xətai rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Şans markalı, Komplekt İD: 3525 nömrəli), mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu və 03 ədəd ev siqnal ötürücüsü iş üzrə cavabdeh olan X1 təhkim olunaraq təhvl verilmişdir. Elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçındə olarkən ona təhkim olunmuş üzərində gəzdirdiyi elektron nəzarət vasitələrinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, məhkum tərəfindən mobil qurğunun USB konnektor hissəsi sıradan çıxarılmışdır. Bu barədə elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəy verilmişdir. xx.xx.2021-ci il tarixdə məhkuma yeni elektron nəzarət vasitəsi təhkim olunmuş və bu barədə protokol tərtib edilmişdir. Belə olan halda cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 1.346,03 manat təşkil etməsi göstərilmişdir. R.Zeynalov dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar