Məhkəmə qərarları › İş №2(011)-632/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-632/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-632/2025 01.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İlkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus mənzilin hamam və ayaqyoluna səhlənkarlıq nəticəsində vurduğu zərərin əvəzinə iddiaçının mənzilinin hamam və ayaqyolunu təmir etdirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 5000 manat maddi zərərin və 5000 manat mənəvi zərərin əvəzi olan cəmi 10000 manat pul və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınaraq ilkin iddia üzrə Cavabdeh verilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə ilkin iddia tələbi üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, tərəf iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar