Məhkəmə qərarları › İş №2(011)-6342/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6342/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6342/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 36 saylı Dövlət Notariat Konturuna qarşı “icra qeydinin ləğvi”” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 36 saylı Dövlət Notariat Konturuna qarşı – ünvan 1 ünvanında yerləşən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu yenidən hesablanması və ünvan 3tariusu tərəfindən çıxarılmış icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən reyestrdə 8İ-2939 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən Cavabdeh1 ASC-dən 30000 (otuz min) manat kredit götürmüşdür. 2023-cü ilin dekabr ayınadək hər ay aylıq ödəniş və ondan artıq ödənişlər etmişdir. İddiaçı bildirir ki,onun təqribi hesablamalarına əsasən həmin müddət ərzində 21000-22000 məbləğincə pul ödəmişdir. Lakin xx.xx.2024- cü il tarixdə ünvan 2 ünvanında yerləşən Cavabdeh1 ASC ünvan 3tariusundan alınmış icra qeydinə əsasən iddiaçının həmin banka 19136 manat 47 qəpik borcum qalmışdır. İddiaçı bildirir ki, həmin borc məbləği ilə razı deyil və borc məbləğinin yenidən hesablanması və onun aylıq əmək haqqına yönələn icranın dayandırılmasını tələb edir, belə ki, icra qeydini aparan notarius onun iştirakı olmadan icra qeydi çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan Bakı şəhəri 36 saylı Dövlət Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli , 8İ-2939 nömrəli icra qeydindən görünür ki, AZ1078, ünvan 4 ünvanında yerləşən “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:990000611 xeyrinə Bakı Şəhəri. Xətai Rayonu. X4. Ev 39a, Mənzil 72 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******.xx.xx.2019 - Asan 2; FİN: xxxxxxx; d/t: xx.xx.1990), Abşeron Rayonu. X8 Ərazi Dairəsi. Mehdiabad Qəsəbəsi. Binəqədi Gənclər Şəhərciyi, Ev 1 .Mənzil 64 ünvanında qeydiyyatda olan X1 (AA1048254. xx.xx.2019 - Asən-Sumqayıt; FİN: 7DLQ7EB: d/t: xx.xx.1977) ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19136 manat 47 qəpik tutulması və borcludan İddiaçı. X1 tələbkar tərəfindon ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 19161 manat 47 qəpik (on doqquz min yüz altmış bir manat qırx yeddi qəpik) pul tutulması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 48 ay müddətinə, 17,5 % -lə 30000 manat kredit verilmişdir. “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2021-ci il tarixli, 1062350/25932 nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 18188,35 manat əsas, 948,12 manat faiz olmaqla, cəmi 19136,47 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı və X2 borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə bank müqavilə üzrə alıq borc məbləğini təşkil edən 18188,35 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məkhməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 869874 nömrəli qaimədən görünür ki, bildiriş məktubu xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən imza edilməklə alınması qeyd edilmişdir. Notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar qismində “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti, borclular qismində İddiaçı və X3 göstərilmiş, həmçinin bildiriş haqqında məlumatda borclunun cavabı bəli qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6342/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1559 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 869874 nömrəli qaimədə “İddiaçı” yazısının qarşısındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2.-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərənə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi ilə “Azər- Türk Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 48 ay müddətinə, 17,5 % ilə 30000 manat kredit verilmişdir. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Belə ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. İcra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. İş materiallarında olan 869874 nömrəli qaimədən görünür ki, bildiriş məktubu xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən imza edilməklə alınması qeyd edilmişdir. Notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar qismində “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti, borclular qismində İddiaçı və X3 göstərilmiş, həmçinin bildiriş haqqında məlumatda borclunun cavabı bəli qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6342/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1559 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 869874 nömrəli qaimədə “İddiaçı” yazısının qarşısındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borcluya göndərilmiş bildirişin onun tərəfindən deyil başqa şəxs tərəfindən imzalanması iddiaçını borcu mübahisələndirmək hüququndan məhrum etmişdir Odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən reyestrdə 8İ-2939 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən reyestrdə 8İ-2939 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar