Məhkəmə qərarları › İş №2(011)-6353/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6353/2024

18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6353/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi, cavabdehin üzərinə su borularının təmir etdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi, cavabdehin üzərinə su borularının təmir etdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən aidiyyat qaydalarının pozulması yolverilməzdir. Eyni zamanda cavabdehin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır.

5. Hazırki mülki iş üzrə iddiaçının tələbi “maddi ziyanın və mənəvi zərərin ödənilməsi, cavabdehin üzərinə su borularının təmir etdirilməsi öhdəliyinin qoyulması” tələbidir. Məhkəmə qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən, Cavabdeh hansı ünvanda qeydiyyatda olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. (§2) Həmçinin, iddiaçı iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları göstərməlidir. Hazırki iddia ərizəsi üzrə qeyd edilən halların öz əksini tapmaması iddia ərizəsinin mülki prosessual qanunvericiliyə əsasən müəyyən etdiyi tələblərinə cavab verməməsi və iddia ərizəsinin geri qaytarılması əsaslarından biri kimi qiymətləndirilməlidir.

6. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin Xətai rayonunda qeydiyyatda olub-olmadığını müəyyən etmək mümkün olmadığından və iddiaçı öz iddia ərizəsinə cavabdehin şəxsiyyətini təsdiq edən, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədi və yaxud cavabdehin qeydiyyatda olduğu ünvanı təsdiq edən hər hansı sənədi (arayış, MAPS arayışı və.s) əlavə etmədiyindən iddiaçının hazırki iddia ərizəsi MPM-nin 152.1.1 və 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması yol verilməzdir, bu son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur.

7. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.

8. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 152.1.1, 152.1.3 və 263- 264-cü maddələrinə əsasən məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi, cavabdehin üzərinə su borularının təmir etdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar