Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6417/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kreditorun xeyrinə 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər borclular Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, 101840- PC0271/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2016-ci il tarixə borclunun İddiaçı ASC-yə 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-4107/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh3 etirazı əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə xx.xx.2016-cı il tarixli, 2(011)-4107/2016 saylı məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə təqdim edilmiş sənədlər əsasında onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, məhkəmədən onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə müvafiq qaydada məhkəmə bildirişləri göndərilməklə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh3 izahatını dinləyib iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı istehlak krediti müqaviləsindən göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 28% dərəcəsi ilə 18 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər - Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün tam şəkildə məsuliyyət daşıması barədə bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, xx.xx.2016-ci il tarixə Cavabdeh1 kredit müqaviləsi üzrə banka 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci bəndinə əsasən öhdəçiliyə əsasən bir şəxs başqa bir şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 borc alması və onu vaxtında ödəməməsi, xx.xx.2016ci il tarixə banka 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcunun qalması, digər cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün tam şəkildə məsuliyyət daşıması barədə bank qarşısında öz üzərinə öhdəlik götürməsi iş materialları ilə təsdiq olunduğundan, cavabdehlər borc müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən, bununla da müqavilələrin şərtlərini pozduqlarından həmin borc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 101840- PC0271/14 saylı istehlak krediti müqaviləsinə əsasən 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 (doqquz min beş yüz doxsan manat 51 qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6417/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6417/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver