Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6505/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehdən dələduzluq nəticəsində İddiaçı 22500 manat dəymiş ziyanın və iddia ərizəsinin verilməsinə görə ödədiyi 158 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Vyaçeslanovnaya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəblik küçəsi, 15A saylı fərdi yaşayış evinin alınması, təmiri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması və reyestrdən çıxarışın alınması adı ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 7 saylı evin 50 saylı mənzilində yalan vəd verib aldatmaqla 16000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı Hövsan qəsəbəsi, Məktəbli küçəsi 15A saylı fərdi yaşayış evində 6000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə həmin ünvanda eyni adla 500 manat miqdarında pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, həmin evin İddiaçı Vyaçeslanovna tərəfindən alınmasını bilə-bilə sonuncunun xəbəri olmadan xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda 35 saylı notariat ofisində X2 tərəfindən verilən səlahiyyətdən istifadə edərək X1 notarial etibarnamə ilə “sataraq” İddiaçı Vyaçeslanovnaya vermiş olduğu vədə əməl etməyib, vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs İddiaçı Vyaçeslanovnaya ümumilikdə 22500 manat ziya vuraraq dələdüzlü etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2022 saylı xx.xx.2022-ci il tarixli Hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəblik küçəsi, 15A saylı fərdi yaşayış evinin alınması, təmiri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması və reyestrdən çıxarışın alınması adı ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 7 saylı evin 50 saylı mənzilində yalan vəd verib aldatmaqla 16000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı Hövsan qəsəbəsi, Məktəbli küçəsi 15A saylı fərdi yaşayış evində 6000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə həmin ünvanda eyni adla 500 manat miqdarında pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, həmin evin İddiaçı tərəfindən alınmasını bilə-bilə sonuncunun xəbəri olmadan xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda 35 saylı notariat ofisində X2 tərəfindən verilən səlahiyyətdən istifadə edərək X1 notarial etibarnamə ilə “sataraq” İddiaçı vermiş olduğu vədə əməl etməyib, vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs İddiaçı Vyaçeslanovnaya ümumilikdə 22500 manat ziyan vuraraq dələduzluq etmişdir. t İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[ Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, onun aldatmış və iddiaçının 22500 manat məbləğində pulunu ələ keçirtmişdir. Bununla da cavabdeh iddiaçıya 22500 manat məbləğində ziyan vurmuşdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək, iddiaçıya vurulmuş maddi zərərə görə 22500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 158 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 22500 (iyirmi iki min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 (yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6505/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6505/2024
06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver