Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6579/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2019-cu il tarixində Cavabdeh tərəfindən verilmiş 3.520 manat məbləğində borcun, eyni zamanda, tərəfindən ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2019-cu il tarixdə iddiaçı cavabdehə 6.500 manat məbləğində pul vəsaitini borc vermişdir. İddiaçı sözügedən pul vəsaitini öz adına bankdan kredit götürmüş, həmin kredit məbləğini də cavabdehə vermişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi iddiaçı Azərbaycan Respublika Bankı ilə müqavilə bağlamış, kredit götürmüşdür. Cavabdeh iddiaçının etibarından sui-istifadə etmiş, ona olan inamından yararlanmışdır. Ümumilikdə 48 ay müddətinə aylıq 200 manat olmaqla ödənilməsi nəzərdə tutulan pul vəsaitinin 31 ayını ödəmiş, 17 ay ərzində ödənilməsi nəzərdə tutulan pul vəsaitini isə iddiaçıya geri qaytarmamışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh öhdəlik müqaviləsi bağlayaraq iddiaçıdan aldığı borc məbləğini qəbul etmiş, ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin 16 sentyabr 2022-ci il tarixdə tərtib etdiyi öz əlyazması əsasında borcun olmasını qəbul etməsi, şəxsin iddiaçıya 3.660 manat məbləğində borcunun olmasını qəbul etməsi, hər ayın 10-na kimi pul vəsaitini ödəməyi qəbul etməsi cavabdehin iddiaçıya borcunun olması faktını təsdiq edir. 3.660 manat borcun 140 manatı iddiaçıya cavabdeh tərəfindən ödənilmişdir. Ümumi borc 3.520 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçı öz izahatında cavabdehin ona qalan borcdan 190 manat məbləğində pulu ödədiyini etiraf etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 10 dekabr 2019-cu il tarixdə bankdan kredit götürərək Cavabdeh 6.500 manat məbləğində pulu borca vermişdir. Daha sonra cavabdeh tərəfindən borcun bir hissəsi ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 16 sentyabr 2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh iddiaçıya 3.000 manat kredit borcunun, 660 manat isə nağd verilmiş borcunun olmasını etiraf etmiş, banka olan borcunu hər ayın 10-na kimi, nağd verilmiş borcu isə bir qismini ayın sonuna, qalanını isə gələn ay ərzində ödəməyi öhdəsinə götürmüş, əlyazmanı özü imza etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdeh tərəfindən 3.660 manat borcdan 140 manatının ona ödənildiyi bildirilmiş, qalan 3.520 manat borc tələb edilmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahata qiymət verərək belə hesab edir ki, iddiaçı məhkəmə iclasında tələb etdiyi 3.520 manat borcdan 190 manatını cavabdehin ona ödədiyini özü etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh iş üzrə təqdim olunmuş sübutlarla bağlı hər hansı etiraz və ya işdə mövcud olan sübutları təkzib edəcək sənədlər məhkəməyə təqdim etmədiyindən, iddia mövcud vəziyyətdə qismən təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 3.520 manat borcdan 190 manatı cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən və bu hal iddiaçı tərəfindən etiraf edildiyindən Cavabdeh qalan 3.330 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 56 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.330 (üç min üç yüz otuz) manat məbləğində pul vəsaiti və ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6579/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6579/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver