Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6580/2021 14.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 110114-1-5234/1 saylı nağd pul krediti müqaviləsinə əsasən 24 iyun 2021-ci il tarixə banka borclu olduğu 8.998,16 manat məbləğində əsas borc, 33.99 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9.032,15 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cruze” markalı, gümüşü metallik rəngli, mühərrik nömrəsi F18D4425311KA, ban KL1JA6959DK055700 nömrəsi olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 17 dekabr 2019-cu il tarixli nağd pul krediti müqaviləsi bağlanmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9000,67 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Chevrolet Cruze” markalı, gümüşü metallik rəngli avtomobili 17 dekabr 2019-cu il tarixli 110114-16-6643 saylı daşınar əmlakın sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini 08 fevral 2021-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 9032,15 manat məbləğində borcu qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 110114-1-5234/1 saylı avtomobil krediti müqaviləsinə əsasən 13 sentyabr 2021-ci il tarixə banka borclu olduğu 8.610,16 manat məbləğində əsas borc, 33.99 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8.644,15 manat pul məbləğinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cruze” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi F18D4425311KA, ban KL1JA6959DK055700 nömrəsi olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 17 dekabr 2019-cu il tarixli nağd pul krediti müqaviləsi bağlanmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9000,67 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Chevrolet Cruze” markalı, gümüşü metallik rəngli avtomobili 17 dekabr 2019-cu il tarixli 110114-16-6643 saylı daşınar əmlakın sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini 08 fevral 2021-ci il tarixdən lazımınca icra etməmişdir. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 13 sentyabr 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə cəmi 8.644,15 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 13 sentyabr 2021-ci il tarixə 8.610,16 manat əsas, 33.99 manat faiz borcu olmaqla, cəmi 8.644,15 manat borcu mövcuddur. Məhkəmə Cavabdeh tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış avtomobil krediti və ipoteka müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı “Chevrolet Cruze” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi F18D4425311KA, ban KL1JA6959DK055700 nömrəsi olan avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 110114-1- 5234/1 saylı avtomobil krediti müqaviləsinə əsasən cavabdehdən 13 sentyabr 2021-ci il tarixə banka borclu olduğu 8.610,16 manat məbləğində əsas borc, 33.99 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8.644,15 manat pul məbləği tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cruze” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi F18D4425311KA, ban KL1JA6959DK055700 nömrəsi olan avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8.610,16 (səkkiz min altı yüz on manat on altı qəpik) manat məbləğində əsas borc, 33.99 (otuz üç manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8.644,15 (səkkiz min altı yüz qırx dörd manat on beş qəpik) manat pul məbləği və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cruze” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi F18D4425311KA, ban KL1JA6959DK055700 nömrəsi olan avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6580/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6580/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver