Məhkəmə qərarları › İş №2(011)-6582/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6582/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6582/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixədək olan 7 il 1 ay müddətində hər il uçun 100 manat olmaqla, cəmi 710 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilərək cavabdehdən cəmi 2000 manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilib. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(011)-1687/2017 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qətnaməsi ilə tutulmuş 2000 manat pulun hər ay 200 manat olmaqla hissə-hissə tutulması qərara alınıb. Lakin, bu qərardaddan sonra belə cavabdeh heç bir ödəniş etməyib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunda Cavabdeh barəsində açılmış xx.xx.2017-ci il tarixli, 420021 nömrəli axtarış işinə borclunun tutularaq təşəbbüskar orqana təhvil verildiyindən xx.xx.2019-cu il tarixdə xitam edildiyi bildirilmişdir. Bütün bu tədbirlərə baxmayaraq, borcun ödənilməsi barədə bir nəticə əldə edilməmişdir. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da pulundan fayda əldə etməkdən məhrum eldiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixli pretenziya məktub ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 700 manat pulun ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini nəzərinə çatdırmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə təqdim edilmiş sənədlər əsasında onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin ediİərək, cavabdehdən 2000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(011)-1687/2017 saylı qərardadından görünür ki, borclu Cavabdeh qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)- 5515/2015 saylı qətnaməsi ilə tutulmuş 2000 manat pulun borclu tərəfindən hər ay 200 manat olmaqla hissə-hissə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, axtarılması Zəngilan rayon polis şöbəsinə həvalə olunmuş Cavabdeh barəsində təkrar olaraq 420021 nömrəli axtarış işi açılmış və yerinin müəyyən edilərək təşəbbüskar orqanlara təhvil verilməsi məqsədilə bütün zəruri əməliyyat-axtarış və digər profilaktik tədbirlər keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cavabdeh barəsində təkrar olaraq açılmış xx.xx.2017-ci il tarixli, 420021 nömrəli axtarış işinə, müəyyən edilərək təşəbbüskar orqana təhvil verildiyi üçün xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müraciət edərək 5 gün müddətinə 700 manat pulun ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini nəzərinə çatdırmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qiyabi qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilərək cavabdehdən 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində məhkəmə qətnaməsinin icra edilməsi bu günədək mümkün olmamış, cavabdeh öz üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehin məhkəmənin icra sənədi əsasında iddiaçıya 2000 manat ödəməli olduğu halda həmin məbləğin ödənilməsini gecikdirməsinin hər hansı üzrü səbəblərdən baş verməsinə dair sübutlar mövcud deyil, əksinə, təsdiq olunur ki, bununla əlaqədar cavabdeh barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq nissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mulki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-cı maddəsinin “ondan faydalanmağa görə” özgəsinin pul vəsaitini qanunsuz saxlanılması, onu qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkiioə gecikdirilməsı və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1 -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasiar nəticəsində əmələ gəlməsi halları istisna olməola. öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, mülki qanunvericilikdə zərər vurulması (mülki hüquq pozuntusu) öhdəliyin yaranma əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 445.7-ci maddəsirə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmiş, tələb əsaslı və qanuni olduğundan təmin edilməlidir. Hazırki halda cavabdehin iddiaçıya 2000 manat vurulmuş zərəri ödəmək öhdəliyinin Bakı şəhən Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qiyabi qətnaməsinin qəbul edildiyi tarixdən başladığı və iddia qaldırılan tarixədək (xx.xx.2019-cu ii) həmin məbləğin ödənilməsi barədə iş materiallarında sübutlar olmadığı nəzərə alınarsa, məhkəmə hesab edir ki, iddia tələbi 7 il 1 ay üçün cavabdehdən ödənilməsi gecikdirilmiş 2000 manat məbləğə illik 5% olmaqla 710 manat (2000 x 5% = 100 x 7 il 1 ay = 710) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5515/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixədək olan 7 il 1 ay müddətində hər il uçun 100 (bir yüz) manat olmaqla, cəmi 710 (yeddi yüz on) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar