Məhkəmə qərarları › İş №2(011)-6646/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6646/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6646/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına olmuş -ünvan 1 ünvanda 48 ha torpaq sahəsində yerləşən 4000 kv.m tikili sahədən ibarət "xxxx" kiçik müəssisəsi, 1000 kv.m sahəsi olan Yusif Mərasim zalı, kiçik müəssisənin ərazisində olan restoran, avtomobil təmir, mağaza, 1500 kv.m mebel sexi, dovğa hazırlayan sex, tikinti malları satılan mağaza, plastik qapı-pəncərə düzəldən sex və şüşə sexi, bərbərxana obyekti, məişət avadanlıqları təmiri sahəsi və s. ünvan 3 ünvanda 3 otaqlı mənzilin, Astara rayonu, Pensər kəndində 2 mərtəbəli 200 kv.m evin, Astara rayonu, Pensər kəndində 8 ha. torpaq sahəsində 1 mərtəbəli 80 kv.m evin cavabdehin adına sənədləşdirilməsi ilə əlaqədar iddiaçıya ödənilməli 100.000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X21 xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. X4 və X7 olmuşdur. Valideynlərinin birgə nikahından iki övladı –X26 və X21 olmuşdur. Sonradan X4 1980-cı ildə anas ilə rəsmi ayrılmış və Cəfərova Rəhilə adlı qadınla ailə qurmiş və onların birgə nikahından üç övladları olmuşdur. Beləliklə atası X10 hər iki nikahdan 5 övladı olmuşdur: X26; X21, Cavabdeh1, X22, X19. X7 xx.xx.2019-cu ildə və atası xx.xx.2022-ci ildə vəfat etmişdir. X1 adına – ünvan 1 ünvanda 48 ha torpaq sahəsində yerləşən 4000 kv.m tikili sahədən ibarət “Ordubad ” kiçik müəssisəsi, 1000 kv.m sahəsi olan “Yusif” mərasim zalı, kiçik müəssisənin ərazisində olan restoran, avtomobil təmir, mağaza, 1500 kv.m mebel sexi, dovğa hazırlayan sex, tikinti malları satılan mağaza, plastik qapı-pəncərə düzəldən sex və şüşə sexi, bərbərxana obyekti, məişət avadanlıqları təmiri sahəsi və s.(həmin obyktlərin 85 %-Cavabdeh2 adına, 15 % isə Cavabdeh1 adınadır). -ünvan 6 ünvanda 3 otaqlı mənzil, avtomobil, daşınmaz əmlak mənzil, Şadlıq evi və s. olmuşdur. -Astara rayonu, Pensər kəndində 2 mərtəbəli 200 kv.m ev (Cavabdeh1 adına ) -Astara rayonu, Pensər kəndində 8 ha. torpaq sahəsində 1 mərtəbəli 80 kv.m. ev, (Cavabdeh2 adına ) Atası vəfat edəndən sonra notariat kontorunda vərəsəlik işi açılmış və onlar beş bacı qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər. O zaman qardaşı Cavabdeh1 bacı-qardaşlara bildirmişdir ki, atadan qalmış miras əmlakın onun adına bir vərəsəlik şəhadətnaməsində yazılsın və o, da öz növbəsində ata mülkünü sataraq onların hər birinə 100.000 (yüz min) manat pul ödəyəcəkdir. Ona görə razılaşmışlar və notariat ofisində ərizə yazaraq miras paydan imtina barədə ərizə yazmışlar. Eyni zaman da qardaşı Cavabdeh1 və Cavabdeh2 izahat yazaraq bildirmişdir ki, “ Mən Cavabdeh1, bildirirəm ki, X2 son vəsiyyətinə görə Ordubad k/m satılandan sonra X20, Cavabdeh2, X15 hər birinə, 100.000 (yüz min) manat verilsin. Öz imzamla X35ın son vəsiyyətini təsdiqləyirik. İmzamızla, X26, Cavabdeh2, X21, vərəsələr İbadov Aygün və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023 ” imza . (Namiqin imzası). Onlar Cavabdeh1 onlara verdiyi sözə və yazılı qəbzə inanmış və artıq bir neçə müddətdir ki, gözləyirlər. Hazırda məlum olmuşdur ki, Namiq və Nadir onlara verdiyi sözün üstündə durmurlar və qısa müddətdə onlara verilməli payı ödəmək istəmir. Bu barədə dələlərlə aparılan söhbətlərin nəticəsi olmamışdır. Ona görə də iddiaçı və qardaşı məcbur olub Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək vərəsəlik işlərinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1313/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ilə iddia tələbim təmin edilməmiş, lakin məhkəmənin qətnaməsində müəyyən etdi hissəsində, məhkəmə göstərmişdir ki, “məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, atasından qalmış "Ordubad ”kiçik müəssisənin satdıqdan sonra atasının vəsiyyəti üzrə Aygün və Elşənin hər birinə 100.000 manat məbləğində pul ödənilməsinə etiraz etmir“. Həmin işdən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi dəyişdirilmdən saxlanılmışdır. Lakin, atasının vəfat etməsindən 3 ilə yaxın keçməsinə baxmayaraq cavabdehlər öz üzərlərin götürdükləri öhdəlikləri icra etmirlər. Həmçinin vərəsəlik işi üzrə məhkəmə qətnaməsinin qəbul edilməsindən iki il keçməsinə baxmayaraq, lakin bu vaxta kimi ata vəsiyyəti üzrə iddiaçıya verilməli pulu ödəməmişdir. Ona görə məhkəməyə müraciət etmək məcbur olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X16 və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 “X10 vərəsəlik işi üzrə 484/2022 saylı, reyestr 2V-253 № qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakda paylarının müəyyən edilməsi" barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5065/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 syalı, xx.xx.2024-cü il tarixli qətnaməsindəb verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və adıçəkilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-845/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5065/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2, Cavabdeh1,Aygün İbadova tərəfindən imzalanmış əlyazma mətndən görünür ki, aşağıdakı məzmunda yazı qeyd edilməklə imzalanmışdır: “Mən Cavabdeh1. Bildirirəm ki, X2 son vəsiyyətinə görə Ordubad k/m satılandan sonra X20, Cavabdeh2, X15 hər birinə, 100.000 (yüz min manat verilsin. Öz imzamızla atamın - İbadov Əmirşahın son vəsiyyətini təsdiqləyirik: (İmzalar) X27 və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023. xx.xx.2022-ci il tarixli təsis payının bağışlanması müqaviləsindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi nizamnamə kapitalındakı 100 % payın 15%-i Cavabdeh1 bağışlanmışdır. "xxxx" Kiçik Müəssisəsi və nizamnaməsində olunmuş dəyişiklik layihəsindən görünür ki, müəssisənin iştirakçıları və nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: Cavabdeh2 - 0.85 manat, 0.85 pay, 85 faiz pul şəklində; Cavabdeh1 – 0.15 manat, 0.15 pay, 15 faiz pul şəklində İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X19 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 79 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 1/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 79 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 4/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan **********478 nömrəli ərizədən görünür ki, X21, X8 xx.xx.2022ci il tarixli vəfatı ilə əlaqədar X6 qalan miras əmlakın ona çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan **********479 nömrəli ərizədən görünür ki, Cavabdeh2, X8 xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar X6 qalan miras əmlakın ona çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. AR MM- nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan **********477 nömrəli ərizədən görünür ki, X26, X8 xx.xx.2022ci il tarixli vəfatı ilə əlaqədar X6 qalan miras əmlakın ona çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. AR MM- nin 1268-ci maddəsi ona izah olunmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixində ölmüşdür. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.8-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X21, Cavabdeh2 Cavabdeh1, X26 və X3 Əmirşah Qəribxən oğlunun övladları olmaqla, onun birinci növbəli vərəsələri olmuşdurlar. Vərəsəlik işi açılan zaman X21 **********478 nömrəli ərizə ilə notariat ofisinə müraciət edərək, atasının xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar ondan qalan miras əmlakdan özünə çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Adıçəkilən ərizə xx.xx.2022-ci il tarixində 8İ-23478 nömrə ilə reyestrdə qeydə alınmışdır. Daha sonra xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh2, X21 və Cavabdeh2 imzaları ilə atalarının son vəsiyyətinin X25 satışından əldə edilən puldan X17 və X15 100.000 verilməsi olduğunu təsdiq etmişlər. Həmçinin qeyd etmişlər ki, vərəsələrə nəsə olarsa, onlara çatası pul onların övladlarına verilməlidir. Məhkəmə hazırlıq iclasında iclasında iştirak edən cavabdeh badov Nadir Əmirşah oğlu da bu faktı danmayaraq, X18 satışından əldə edilən puldan deyildiyi kimi iddiaçıya 100.000 manat veriləcəyini, lakin əmlak üzərində həbs olduğuna və müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə əmlakı özəlləşdirilə bilmədiyini, belə olduğu təqdirdə isə əmlakı sata bilmədiyini qeyd etmişdir. Mülki Məcəllənin 14.2.8-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Bundan əvvəlki məhkəmə proseslərində də iş üzrə verilmiş izahatlardan görünür ki, Cavabdeh1 atasının son vəsiyyəti olaraq X18 satışından əldə edilən puldan iddiaçıya 100.000 manat pul verməsi öhdəliyi götürmüşdür. Bununla da məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı 100.000 manat verməsi öhdəliyinin icrası X18 satılmasından şərtləşdirilmişdir. Adıçəkilən əlyazmadakı imzadan da görünür ki, İddiaçı da buna razılıq vermişdir. Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Hazırda mübahisəsiz qaydada müəyyən edilir ki, X28 hər hansı şəkildə özgəninkiləşdirilməmişdir. Öhdəlik üzrə qeyd edilən şərt baş vermədiyindən kreditor, yəni İddiaçı 100.000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 428.3-cü maddəsinə əsasən əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar