Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6670/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beh müqaviləsinə əsasən, 14000 manat məbləğin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili İ.M.Hacıyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ev almaq üçün axtarışda olan zaman Cavabdeh ilə tanış olmuşdur, onun ünvan 1 ünvanında yerləşən 122.3 kv/m fərdi yaşayış evinin və 0.0111 ha olan torpaq sahəsinə baxış keçirdikdən sonra qeyd olunan fərdi yaşayış evini və torpaq sahəsini almaq qərarına gəlmişdir, aralarındakı razılığa əsasən, 20 oktyabr 2018-ci ildə alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün notariat orqanına yaxınlaşmışlar, məlum olmuşdur ki, cavabedehə məxsus fərdi yaşayış evi və torpaq sahəsi onun birgə nikahı dövründə əldə olunduğu həyat yoldaşının razılığının olması lazımdır, cavabdeh həyat yoldaşının vəfat etdiyini bildirmiş, notariat orqanı isə ondan həyat yoldının ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni təqdim etməsini xahiş etmiş, Aynur xanım həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin onda olmadığını və həyat yoldaşının xarici ölkə vətəndaşı olduğunu, xarici ölkədə vəfat etdiyini bildirərək ölüm haqqında şəhadətnaməsini əldə edə bilməsi üçün 3 ay vaxt istəmişdir, buunla yanaşı cavabdeh pula ehtiyacı olduğu üçün iddiaçıya beh müqaviləsi bağlamağı təklif etmişdir, iddiaçı onunla razılaşmış, ölüm haqqında şəhadətnaməni tapmaq üçün ona 4 ay vaxt vermişdir, beh müqaviləsinə əsasən, cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən 122.3 kv/m olan fərdi yaşayış evinin və 1 ha olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflər üzərlərinə öhdəlik götürmüşlər, onlar qarşılıqlı razılığa gələrək, fərdi yaşayış evinin dəyərini 71.000 manat məbləğində qiymətləndirmişlər, iddiaçı beh müqaviləsi bağlanan tarixdə 7000 manat miqdarında behi notariusun bankda açdığı depozit hesabı vasitəsi cavabdehə ödəmişdir, cavabdeh 15.02.2019-cu il tarixə qədər ölüm haqqında şəhadətnaməni gətirəcəyini və notariat qaydasında alqı-satqı müqaviləsini rəsmiləşdirməsini, iddiaçı isə 15.02.2019-cu il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman fərdi yaşayış evinin geridə qalan məbləğinin, yəni 64000 manatın ödənilməsini üzərinə götürmüşdür, 15.02.2019-cu il tarixdə tərəflər yenidən notariat orqanında görüşmüşlər, cavabdehə verilən 4 ay müddətə baxmayaraq o, həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini gətirməmişdir, cavabdeh bu tələbi yerinə yetirmədiyinə görə o, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, bu səbəbdən 20 oktyabr 2018-ci ildə bağlanmış beh müqaviləsinin 2.1-ci maddəsində göstərilmiş, iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 7000 manat dəyərində beh batmışdır. Sonda İ.Hacıyev qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə özünə məxsus ünvan 2 ünvanında yerləşən evi satarkən tanış olmuşdur, iddiaçı əmlakı bəyənmiş, alqı-satqı etmək üçün notariat orqanına getmişlər, lakin orada həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin zəruri olduğunu bildirmişlər, bu səbəbdən alqı-satqı baş tutmamışdır, şəhadətnaməni gətirmək üçün iddiaçı ilə müəyyən vaxt ərzində razılaşmışlar, bu zaman həmçinin ona pul lazım olduğu üçün iddiaçı ilə beh müqaviləsi də bağlamışlar, əmlakın ümumi məbləği 70.000 olmuşdur, ondan beh kimi 7.000 manat pul almışdır, lakin şəhadətnaməni alması həmin müddətdə mümkün olmamışdır, proses çox uzanmışdır, belə ki, həyat yoldaşı xarici vətəndaş olmuşdur və Polşada vəfat etmişdir, buna görə şəhadətnaməni əldə etmək gecikmişdir, 2020-ci ildə apeldə şəhadətnaməni almışdır, 7.000 manat puldan 2400 manatını qaytarmışdır, 5.000 manat qalmışdır, hazırda 14.000 manat ödəməyə razı deyil. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan X2 və İddiaçı arasında bağlanmış 20.10.2018-ci il tarixli beh müqaviləsinə əsasən, İddiaçı 71.000 manat dəyərində qiymətləndirilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alqı-satqısı üçün 7000 manat məbləğində pulu beh alana ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, Cavabdeh 15.02.2019-cu il tarixi müddətinə qədər notariat qaydasından alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, İddiaçı isə qalan 64.000 manatın ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən, öhdəliyin icrasına başlana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyarsa, beh digər tərəfdə qalır, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsluyyət daşıyırsa, o digər tərəfə behin 2 mislini ödəməlidir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına ümumi sahəsi 0,0111 olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən həyətyanı sahə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alqı-satqısı məqsədilə 20.10.2018-ci il tarixdə beh müqaviləsi bağlanmışdır, İddiaçı Cavabdeh 7000 manat məbləğində beh ödəmişdir, müqavilə əsasən, cavabdeh 15.02.2019-cu il tarixdə alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirməyi, müqavilənin 15.02.2019-cu il tarixə qədər icra edilməməsi üçün məsuliyyət daşıdığı halda iddiaçıya behin 2 mislini ödəmək vəzifəsini öz üzərinə götürmüşdür, müqavilənin icra edilməməsi beh verən tərəf kimi cavabdehin özündən asılı olan səbəblərlə bağlıdır, iddia tələbi həmin müqaviləyə əsasən, beh məbləğinin 2 mislinin qaytarılması barədədir, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, alqı-satqı müqaviləsinin icra edilməməsinə görə beh veren tərəf kimi cavabdehin məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə cavabdehin “7.000 manat puldan 2400 manat qaytarması”, “həyat yoldaşı xarici vətəndaş olduğundan və Polşada vəfat etdiyindən şəhadətnaməni əldə etməsinin gecikməsi” barədə dəlillərinə münasibətdə hesab edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə edilməmiş və bu halldar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəəlin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 30 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6670/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6670/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver