Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6682/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh "xxxx" Bank ASC–nin xeyrinə 4833,96 manat əsas, 1110,93 manat faiz, cəmi 5944,89 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh "xxxx" Bank ASC–nin xeyrinə 4833,96 manat əsas, 2099,13 manat faiz, cəmi 6933,09 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Y.Cavadov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh şəxsi məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Bank ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır, müqavilənin şərtlərinə əsasən, cavabdehin hazırda banka əsas borcu 4833,96 manat, faiz borcu 2099,13 manat, cəmi borcu 6933,09 manat təşkil edir, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır, cavabdehə göndərilən pretenziya məktubları da cavabsız qalmışdır, borc məbləğinin ödənilməsi gecikdirilmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur, beləliklə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən borcun tələb edilməsi zərurəti yaranmışdır, iddia ilk olaraq məhkəmədə baxılmamış saxlanmışdır, ikinci dəfə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir, bu müddət ərzində də cavabdeh ödəniş etməmişdir, iş materiallarında olan maliyyə arayışlarından da görünür ki, ödənilmiş əsas borc əvvəl də, indi də 166,04 manat, ödənilmiş faiz borcu 99,61 manatdır, cavabdeh bu müddət ərzində ödəniş etməmişdir, bu səbəbdən faiz borcu artmışdır. Sonda iddiaçının nümayəndəsi C.Y.Cavadov iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" Bank ASC arasında xx.xx.2021-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana avtomobilin alınması məqsədilə 24 ay müddətinə, illik 23 faiz olmaqla, 5000 manat məbləğində istehlak krediti vermişdir. İş materiallarında olan ******* saylı kredit müqaviləsinə əlavə Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, müddəti 24 aydır, aylıq ödəniş 261,87 manatdır. İş materiallarında olan Kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh verilən kreditin növü istehlak krediti, verilmə tarixi xx.xx.2021-ci il, kreditin məbləği 5000 manat, faiz dərəcəsi 23%-dir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməli 4833,96 manat əsas, 1110,93 manat faiz, cəmi 5944,89 manat borcu vardır, ödənilmiş əsas borc 166,04 manat, ödənilmiş faiz borcu 99,61 manatdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməli 4833,96 manat əsas, 2099,13 manat faiz, cəmi 6933,09 manat borcu vardır, ödənilmiş əsas borc 166,04 manat, ödənilmiş faiz borcu 99,61 manatdır. İş materiallarından görünür ki, "xxxx" Bank ASC tərəfindən xx.xx.2021-ci il tarixdə borclu Cavabdeh xx.xx.2021-ci ildə pretenziya məktubu göndərilməklə ondan xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun 5 iş gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 80 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1779/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmış, ekspertiza tədqiqatının dəyəri kimi 50 manat İddiaçı ASC-dən, 50 manat Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1779/2022 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli, 9/3173 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli ******* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq xx.xx.2022-ci il tarixə olan borcu 4840,88 manat əsas, 1054,46 manat faiz olmaqla, cəmi 5895,34 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında illik 23% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit ayrılması barədə 05 yanvar 2021-ci il tarixdə müqavilə bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh müqavilədə nəzərdə tutulan 5000 manat kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, lakin o, aylıq ödənişləri ödəməməklə, müqavilə şərtlərini pozmuşdur, xx.xx.2022-ci il tarixə müqavilə üzrə ödənilmiş əsas borc 166,04 manat, ödənilmiş faiz borcu 99,61 manat olmuşdur, cavabdehin iddiaçıya əsas və faiz borcu qalmışdır, cavabdeh borcunun olması və onun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(011)-1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmış, ekspertiza tədqiqatının dəyəri kimi 50 manat İddiaçı ASC-dən, 50 manat Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğ nəzərə alınmaqla müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği iddia tələbində göstərilən həddə (4833,96 manat) müəyyən edilməlidir. Məhkəmə, cavabdehdən tutulmalı olan faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğ nəzərə alınmaqla müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə olan faiz borcunu təşkil edir, lakin həmin tarixdən sonra da tərəflər arasında müqavilə münasibətləri davam etmiş, həmçinin hər hansı bir ödəniş həyata keçirilməmişdir ki, bu da qalan sonrakı dövrlər üzrə də faizlərin hesablanmasını mümkün edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə faiz borcu 2099,13 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 4833,96 manat əsas, 2099,13 manat faiz, cəmi 6933,09 manat məbləğində kredit borcu alınaraq "xxxx" Bank ASC -yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi (6933,09 manat) nəzərə alınmaqla, cavabdehdən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 80 manat tutularaq iddiaçıya, dövlət rüsumunun kəsri kimi 9,33 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatı xərcinin ödənilməsinə münasibətdə isə qeyd edir, məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış 2(011)-1779/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə ekspertiza tədqiqatının dəyəri kimi 50 manat İddiaçı ASC-dən, 50 manat Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməsi qərara alınmasına baxmayaraq, hazırki iddia tələbi tam təmin edildiyindən, ekspertiza tədqiqatı xərci tam cavabdehə aid edilməli, iddiaçı tərəfindən ekspertiza xərci kimi ödənilmiş 50 manat, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəainə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi 4833,96 manat əsas, 2099,13 manat faiz olmaqla, ümumilikdə 6933 (altı min doqquz yüz otuz üç) manat 9 (doqquz) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat və ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 9 (doqquz) manat 33 (otuz üç) qəpik tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6682/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6682/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver