Məhkəmə qərarları › İş №2(011)-6682/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6682/2024

07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6682/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 2014-cü il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3742 saylı qətnmasə ilə tutulan alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 235 manat sabit pul məbləği miqdarında təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbinə etiraz edərək, əlilliyi olduğunu, maddi imkanının olmadığını, eyni zamanda təzəlikcə alimentlə bağlı qətnamə qəbul edildiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3742/2024 saylı 12 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı X5 qarşı “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3742/2024 saylı 12 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri, həmçinin mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh X5 qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar