Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6683/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6252.36 manat əsas, 1467.73 manat faiz, 605.32 manat cərimə borcu olmaqla, cəmi 8325.41 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 31.07.2019cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 8000 manat kredit götürmüşdür, 05.08.2021-ci il tarixli əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 31.10.2021-ci il tarixədək uzadılmış və borcun təminatı olaraq Cavabdeh2 Qasımbala qızı ilə 31.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 13.08.2021-dək Cavabdeh1 banka 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6252.36 manat əsas borc, 1467.73 manat faiz borcu və 605.32 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8325.41 manat borcu olmuşdur, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır, iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən banka müvafiq kredit müqaviləsi üzrə ödəniş edilmişdir, buna görə də, məhkəməyə onun son təqdim etdikləri 02.12.2021-ci il tarixli maliyyə arayışına müvafiq olaraq 4752,36 manat əsas, 1875,24 manat faiz borcu, 605,32 manat cərimə borcu mövcuddur. Sonda iddiaçının nümayəndəsi O.K.Məhərrəmov deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 03.12.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 yazılı ərizə təqdim edərək, 4752.36 manat əsas, 1467.73 manat faiz olmaqla cəmi 6220.09 manat borcunun olduğunu qəbul etdiyini, iddia tələbinin cərimə hissəsini qəbul etmədiyini bildirmiş və qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Cavabdeh2 Qasımbala qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, Cavabdeh2 Qasımbala qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Nikoyl” İKB ilə Cavabdeh1 arasında 31.07.2019-cu il tarixli 24-MZ-1-0-451-19 saylı Əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana, illik 25 faiz dərəcəsi və 24 ay müddətinə 8000 manat məbləğində kredit xətti açmışdır. İş materiallarından olan “Nikoyl” İKB ilə Cavabdeh1 arasında 31.07.2019-cu il tarixli 24-MZ-1-0-451-19 saylı Kredit Müqaviləsinə 1 Saylı Əlavədən görünür ki, Cavabdeh1 25 faiz dərəcəsi, 24 ay müddətinə, aylıq annuitet 500 manat olmaqla, 8000 manat kredit verilmişdir. İş materiallarında olan 05.08.2020-ci il tarixli 24-MZ-1-0-451-19 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 Qasımbala qızı 31.07.2019-cu il tarixli 24-MZ-1-0- 451-19 saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 Qasımbala qızına ünvanlanan 02.08.2021-ci il tarixli, KBD12310 saylı bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Qasımbala qızından 5 gün müddətinə borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 02.06.2021-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 02.12..2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 4752,36 manat əsas, 1875,24 manat faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli, 9/7132 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 31.07.2019-cu il tarixli 24-MZ-1-0-451-19 saylı müqavilə üzrə Cavabdeh1 İddiaçı ASC-yə 25.02.2021-ci il tarixə olan borcu əsas borc üzrə 6252 manat, faiz borcu üzrə 1467.83 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 ay müddətinə 8000 manat məbləğində verilməsini nəzərdə tutan 31.07.2019-cu il tarixli 24-MZ-1-0-451-19 saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh1 illik 25 %-lə 24 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 Qasımbala qızı arasında zaminlik müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz, və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehin borc məbləği barədə etiraflarını, o cümlədən, məhkəmə iclasında məhkəməyə təqdim edilən maliyyə arayışını nəzərə alaraq, əsas borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, 02.12.2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğ həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyəyə uyğun olaraq, 1467.73 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 300 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2019-cu il tarixli 24-MZ-1-0-451-19 saylı kredit müqaviləsi əsasında 4752.36 manat əsas borc, 1467.73 manat faiz borcu, 300 manat məbləğində dəbbə pulu, cəmi 6520.09 manat məbləğində borc Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri Cavabdeh1 və Cavabdeh2 Qasımbala qızına aid edilməli və onlardan müştərək qaydada 30 manat tutularaq iddiaçıya, 100 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4752.36 manat əsas borc, 1467.73 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 6520 manat (altı min beş yüz iyirmi) manat 09 (doqquz) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6683/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6683/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver