Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6702/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ərizəsi ilə yazaraq bildirmişdir ki, borcverən "Amrahbank” ASC ilə bağlanmış 25072013/112718 saylı, xx.xx.2013-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh 24 ay müddətinə illik 29 faiz hesablanmaqla 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda borcalana verilmiş kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında təminatı kimi mənimlə zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2013- cü il tarixli, 25072013/112718 saylı kredit müqaviləsi üzrə öhdəliklərə tam əməl olunmadığından iddiaçı "xxxx" ASC borc məbləğinin ödənilməsi məqsədilə aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-826/2016 saylı mülki iş üzrə məhkəmə qərarı ilə iddia tələbi qismən təmin edilərək 9295,53 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun borclulardan müştərək qaydada tutularaq iddiaçı "Amrahbank” ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyə tam əməl olunduğundan Yasamal Rayon İcra şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixində icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı məhkəmə qərarı üzrə "xxxx" ASC-nin hesabına 8430 manat məbləğində pul vəsaiti ödəmişdir. Bununla bağlı cavabdehi şifahi və rəsmi olaraq xəbərdar etmişdir.
3. Hal-hazırda borc məbləğinin geri qaytarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
İddiaçının tələbi:
4. İddiaçı Cavabdeh 8430 (səkkiz min dörd yüz otuz) manat borc məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 95 (doxsan beş) manat məbləğinə pulun İddiaçıya qaytarılmasını xahiş etmişdir.
5. xx.xx.2023-cü il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəyə əsasən, Cavabdeh 7110 manat borcun və ödənilmiş 95 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. xx.xx.2023-cü il tarixdə verilmiş ərizəyə əsasən, cavabdeh bildirmişdir ki, iddia ərizəsi ilə tanışdır və 7110 AZN borc məbləğinin, 95 AZN dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz etmir.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin banka olan borcunu ödəmişəm və buna görə onun mənə borcu yaranmışdır. Həmin borcdan 1200 AZN mənə geri ödənilmişdir, ödənilməyən məbləğ hal-hazırda 7110 manatdır. Həmin borcun ödənilməsini tələb edirəm.
8. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, bankdan kredit götürmüşdür və İddiaçı ona zamin durmuşdur. Lakin daha sonra banka olan borcunu ödəyə bilməmişdir. Buna görə də borcun yarısı İddiaçı tutulmuşdur. Borcu qəbul etdiyini və hissə-hissə ödəyəcəyini bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-826/2016 saylı Qətnaməsinə əsasən, 8094,96 ABŞ dolları məbləğində əsas borc, 1180,67 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9295,53 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun X1 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
10. Əmək haqı üzrə mütəxəssis Gülşən Salahova tərəfindən verilmiş Arayışa əsasən, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, 2019-cu ilin yanvar, fevral aylarında 261,20 manat, 2021-ci il noyabr ayından 2022-ci ilin iyul ayına qədər 2078,95 manat, ümumilikdə 2340,15 manat əmək haqqından tutularaq məktubda göstərilən hesaba köçürülmüşdür.
11. xx.xx.2022-ci il tarixli, icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, **********509 məktubuna əsasən, icra sənədində göstərilən tələb təmin olunmuşdur.
12. xx.xx.2022-ci tarixli Xəbərdarlığa əsasən, İddiaçı "xxxx" ASC-nin hesabına ödədiyi 8430 manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçıya geri ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. xx.xx.2019-cu il tarixli, 2380 nömrəli ödəniş tapşırığına əsasən 130,60 manat; xx.xx.2019- cu il tarixli, 2498 nömrəli ödəniş tapşırığına əsasən 130,60 manat; xx.xx.2021-ci il tarixli, 18240 nömrəli ödəniş tapşırığına əsasən 187,25 manat; xx.xx.2021-ci il tarixli, 18689 nömrəli ödəniş tapşırığına əsasən 384,31 manat; xx.xx.2022-ci il tarixli, 19911 nömrəli ödəniş tapşırığına əsasən 207,16 manat; xx.xx.2022-ci il tarixli, 19911 nömrəli ödəniş tapşırığına əsasən 207,16 manat; xx.xx.2022-ci il tarixli, 20894 nömrəli ödəniş tapşırığına əsasən 219,07 manat; xx.xx.2022-ci il tarixli, 21532 nömrəli ödəniş tapşırığına əsasən 227,09 manat; xx.xx.2022-ci il tarixli, 22151 nömrəli ödəniş tapşırığına əsasən 208,85 manat; xx.xx.2022-ci il tarixli, 22822 nömrəli ödəniş tapşırığına əsasən 371,46 manat.
Tətbiq edilən hüquq: 14.Azərbaycan Respublikası Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli müqaviləsi və İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-826/2016 saylı Qətnaməsinə əsasən, 8094,96 ABŞ dolları məbləğində əsas borc, 1180,67 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9295,53 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun X1 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Mülki iş materiallarından görünür ki, həmin iş üzrə zamin qismində çıxış etmiş iddiaçı 2(011)- 826/2016 saylı Qətnamə üzrə müəyyən edilmiş borcu ödəmişdir.
21. Azərbaycan Respublikası MPM-nin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Mülki iş materiallarına əsasən, iddiaçı cavabdehlə birgə öhdəliyi icra etmiş və ondan zaminlik müqaviləsi əsasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, pul vəsaiti tutulmuşdur. Mülki qanunvericiliyə əsasən, həmin məbləği cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən borc öhdəliyinin tam yerinə yetirilməsi Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış 23 avqust 2022-ci il tarixli **********509 nömrəli məktubla öz təsdiqini tapmışdır. Belə ki, məktuba əsasən zamin İddiaçı öhdəliyini yerinə yetirmişdir və onun bank qarşısında borc öhdəliyi mövcud deyildir. Eyni zamanda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-826/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
22. Eyni zamanda Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini və heç bir etirazının olmadığını bildirmişdir.
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7110 (yeddi min yüz on) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 7110 (yeddi min yüz on) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova