Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6716/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-677/2024 saylı qərardadının icrası zamanı Cavabdeh tərəfindən qaytarılmalı olan cehiz əşyalarına dəymiş 9350 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Cavabdeh ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ailə həyatı quraraq evlənmişdir. Bir müddətdən sonra birgə evlilikdən bir övladı olmuşdur. Daha sonra evliliyi davam edə bilməmişdirlər. Məhkəmə qətnaməsinə əsasən boşanmışdırlar, aliment kəsilmişdir. Daha sonra iddiaçı özü ilə apardığı cehiz əşyalarını geri qaytararkən, könüllü qaytarma olmamış, bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Ona görə ki, iddiaçı keçmiş həyat yoldaşını evə buraxmamışdır, cehiz əşyalarını verməmişdir. Bu səbəblərə görə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi icra olunan zaman, yəni müvafiq icra məmurları ilə cehiz əşyalarını götürməyə gedərkən, cehiz əşyalarının cavabdeh tərəfindən evdən çıxarılaraq həyətin ortasında yığıldığı görmüşdür. İcra məmuru ilə birlikdə 29 may 2024-cü il tarixdə akt tərtib edilmiş, həmin aktda da cehiz əşyalarının çatışmadığı göstərilmişdir. İddiaçı həmin cehiz əşyalarını öz yaşadığı ünvana, iddiaçı necə veribsə, eləcə də gətirib işlətmədən saxlamışdır. Ona görə ki, iddiaçının cehiz əşyalarının çatışmayan hissəsində, təxminən 10000 manata qədər iddiaçıya ziyan dəymişdir. Bu səbəblərə görə iddiaçı təkrar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(011)-677/2024 nömrəli icra vərəqəsinə əsasən 1000 manat dəyərində 2 kreslo, divan, 3700 manat dəyərində yataq dəsti, 3000 manat dəyərində qonaq dəsti ( servant, güzgülü komod, stol, 6 ədəd stullar), 500 manat dəyərində taxt, 2000 manat dəyərində güzgülü komod, şifoner, 2 ədəd çəkməcə, 1500 manat dəyərində uşaq mebel dəsti ( yataq, ü ədəd şifoner, kitab rəfi, yazı masası), 3000 manat dəyərində mətbəx mebeli, 2000 manat dəyərində 2 ədəd soyuducu, 1500 manat dəyərində paltaryuyan, 500 manat dəyərində soba, 150 manat məbləğində tozsoran, 600 manat dəyərində 2 ədəd şirəçəkən, 500 manat mikser, 200 manat dəyərində elektrik çaydan, 1000 manat dəyərində blender dəsti, 1000 manat dəyərində çay servizi, 200 manat dəyərində yemək dəsti, 200 manat dəyərində şirəli qazanlar, 500 manat dəyərində “Tefal” markalı qazanlar, 500 manat dəmir qazanlar, 150 manat dəyərində qazan, 500 manat dəyərində yekə tavalar, 200 manat dəyərində ütü, 180 manat dəyərində ütü masası, 1000 manat dəyərində konfet, mürəbbə, qənd qabları, 100 manat dəyərində 6 ədəd büllur stəkan, 12 ədəd əşyadan ibarət qədəh, qrafin dəsti, 500 manat dəyərində stəkan, 200 manat dəyərində 12 ədəd salat qabları, 200 manat dəyərində qaşıq dəsti, 200 manat dəyərində dəsmallar, 500 manat dəyərində 1 ədəd döşək, 600 manat dəyərində 3 ədəd balaca döşək, 2000 manat dəyərində 6 ədəd yorğan, 1000 manat dəyərində 6 ədəd yastıq, 600 manat 4 ədəd qalın yorğan, 100 manat dəyərində 4 ədəd nazik yorğan, 500 manat dəyərində 2 ədəd örtüklər, yataq dəstləri, 1000 manat dəyərində pərdələr, 600 manat dəyərində 3 ədəd jalüz, 500 manat dəyərində 5 ədəd karniz, 500 manat məbləğində 2 ədəd çılçıraq, 200 manat dəyərində 2 ədəd dolab, uşaqların xırda əşyaları, 100 manat dəyərində mürəbbə ləyənləri, 100 manat dəyərində 6 ədəd plastmas ləyən, 100 manat dəyərində 2 ədəd meyvə qabı, 100 manat dəyərində 2 ədəd güldan, 600 manat dəyərində 4 ədəd süfrə, 100 manat dəyərində 2 ədəd hamam dəsmalı, 200 manat dəyərində mətbəx kreslo və divanı, 500 manat dəyərində televizor altının siyahıya alınması və üzərlərinə həbs qoyulması qərara alınmışdır. 29 may 2024-cü il tarixli Xətai Rayon İcra Şöbəsinin İcra məmuru X6, X3 və digər şəxslərin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(011)-677/2024 nömrəli icra vərəqəsində qeyd edilən siyahıda göstərilmiş divan, 2 kreslo, jurnal stolu, elektrik sobası, yorğanlar, döşəklər, matras, paltarlar, 2 ədəd soyuducu, paltaryuyan, aspirator, mətbəxdə olan köhnə divan, ütü stolu, 4 ədəd qazan, 2 ədəd ləyən, 2 ədəd matras, dördgözlü qaz peçi siyahıya alınmış, yataq dəsti, qonaq dəsti (servant, güzgülü komod, stol, stullar (6 ədəd) – 3000 manat, 500 manat dəyərində ayrıca taxt, 2000 manat dəyərində 1 ədəd güzgülü komod, şifoner, 2 ədəd çəkməcə, 1500 manat dəyərində uşaq mebel dəsti – 1 yataq, 2 ədəd şifoner, 1 ədəd kitab rəfi, yazı masası, 3000 manat dəyərində mətbəx mebeli, 500 manat dəyərində mikser istisna olmaqla tam şəkildə əmlaklar X4 təhvil verilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus mebel və məişət avadanlıqlarının bərpası və əvəz edilməsi üçün 5280 manat dəyər müəyyən edilmişdir. İddianın hüquqi əsasları: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı Həsənova X5 Hikmət Vaqif oğlu ilə rəsmi nikaha daxil olaraq cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Tərəflərin nikahı pozulduqdan sonra iddiaçı evi tərk etmiş, lakin yuxarıda sadalanan cehiz əşyaları iddiaçıya qaytarılmamışdır. İddiaçı ona məxsus cehiz əşyalarının cavabdehdən məcburi qaydada alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin iddiaçıya məxsus qaytarılan əşyalara cavabdeh tərəfindən zərər yetirilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus iddia predmeti olan divan, bir cüt kreslo, yataq dəsti, qonaq otağı dəsti, servant, ikinəfərlik çarpayı, mətbəx mebeli, uşaq mebel dəsti, , stol-stul, “Tefal” markalı elektrik çaynikə ziyan dəymişdir. Odur ki, mütəxəssis rəyi nəzərə alınmaqla İddiaçı məxsus iddia predmeti olan divan, bir cüt kreslo, yataq dəsti, qonaq otağı dəsti, servant, ikinəfərlik çarpayı, mətbəx mebeli, uşaq mebel dəsti, , stol-stul, “Tefal” markalı elektrik çaynikə dəymiş ziyana görə 5240 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əşyalara dəymiş zərərin dəyərinin müəyyən edilməsi üçün tədqiqata təqdim edilmiş və zərər dəyməsi müəyyən edilmiş əşyalardan biri də tozsoran olsa da, icra məmuru tərəfindən tərtib edilmiş aktda həmin əşyanın siyahıya alındığı müəyyən edilməmişdir. Yəni, həmin əşyanın cavabdehdə olduğu və ya cavabdehin hərəkətləri nəticəsində həmin əşyaya zərər vurulması müəyyən edilməmişdir. Odur ki, iddia tozsorana dəymiş zərərin əvəzi olan 40 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair hissədə təmin edilməməlidir. Məhkəmə sübutları məcmu halında qiymətləndirərərk hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Dəymiş maddi ziayana görə 5240 (beş min iki yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6716/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6716/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver