Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6725/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(011)-2992/2012 saylı, xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X1 müəyyən edilmiş pul miqdarının artırılaraq ayda 193 manat məbləğdə alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 17 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, daha sonra münasibətləri pozulduğundan, aralarında olan nikah Xətai rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ləğv olunmuşdur, Xətai rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(011)-2992/2012 saylı qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, məhkəmənin həmin qətnaməsi ilə tutulan aliment hal-hazırda uşağın saxlanılması üçün aylıq yaşayış yaşayış minimumunu təmin etmir, cavabdeh uşağın təhsili, sağlamlığı, təlim-tərbiyəsi ilə qətiyyən maraqlanmır, köməklik göstərmir, iddiaçı tək başına maddi cəhətdən uşağını böyütməkdə çətinlik çəkir, bu baxımdan alimentin artırılması zərurəti yaranmışdır, hal-hazırda iddiaçı cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(011)-2992/2012 saylı Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1599/2007 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il tarixdən başlayaraq 20 noyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və hər ay 80 manat sabit pul məbləğində əlavə xərclərə görə alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 861309 saylı “Doğum haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 20 noyabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur, bu barədə xx.xx.2006-cı il tarixdə 2142 nömrə ilə qeyd edilmişdir. Onun atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan AZE seriyalı 12594965 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Rüstəmov Murad xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası Rüstəmova Lalədir. İş materiallarında olan AZ-İ seriyaıə 087765 №-li Nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2008-ci il tarixli 245 № ilə qeyd edilmişdir. İş materiallarında olan 12 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli MŞB/12-00054 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, “Rəfail-A” kiçik müəssisəsində musiqiçi vəzifəsində işləyir, əmək haqqı 300 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına dörd daşınmaz əmlak (mənzil) qeydə alınmışdır, adına cari əmək müqaviləsi yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 20 noyabr 2006-cı il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Xətai rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(011)-2992/2012 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 100 manat sabit pul məbləğində aliment və hər ay 80 manat sabit pul məbləğində əlavə xərclərə görə aliment tutulması qət edilmişdir, cavabdehin aylıq əmək haqqı 300 manatdır, onun adına daşınar və daşınmaz əmlak qeydiyyata alınmamışdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə tərəflərin maddi və ailə vəziyyətini, onların əmlak vəziyyətini (cavabdehin adına daşınar və daşınmaz əmlakların olmamasını, iddiaçının adına daşınmaz əmlakların qeydə alınmasını), cavabdehin əmək haqqını, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “alimentin artırılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, həmçinin cavabdehə qarşı hazırki iddia tələbi rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Xətai rayon Məhkəməsinin 2(011)-2992/2012 saylı, xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X1 müəyyən edilmiş pul miqdarının artırılaraq ayda 193 manat məbləğdə alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6725/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6725/2022
29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver