Məhkəmə qərarları › İş №2(011)-6756/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6756/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6756/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, Cavabdeh2 Cavabdeh3 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Gasımov Khagani, Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MMC ilə Gasımov Khagani arasında illik 18.82% faizlə 36 ay müddətinə 8 500 (səkkiz min beş yüz) manat kreditin verilməsini nəzərdə tutan 10 iyun 2022-ci il tarixli ACAM2-3322-883 saylı kredit müqaviləsi imzalanmış və kreditin aylıq 311.00 manat olmaqla ödənilməsi müəyyən olunmuşdur.

2. “Kredit müqaviləsi”-dən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Gasımov Khagani, Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3 arasında 10 iyun 2022-ci il tarixdə ACAM2-3322-883+ACAM2-3299 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

3. Gasımov Khaganinin 29 avqust 2023-cü il tarixinədək verilmiş kredit üzrə 6 906.38 manat əsas borc, 391.37 manat cari faiz borcu və 643.33 manat cari dəbbə borcu olmaqla, cəmi 7 941.08 manat məblğində borcu yaranmış və ödənilməmişdir.

İddiaçının tələbi:

4. Cavabdehlər Gasımov Khagani, Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3dan müştərək qaydada iddiaçının xeyrinə 6 906.38 manat əsas borc, 391.37 manat cari faiz borcu və 643.33 manat cari dəbbə borcu olmaqla, cəmi 7 941.08 manat məblğində borcun və 100.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehlərin etirazı:

5. Cavabdeh3 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 6 906.38 manat əsas borc, 391.37 manat cari faiz borcu və 643.33 manat cari dəbbə borcu olmaqla, cəmi 7 941.08 manat məblğində borcun və 100.40 manat ödənilmiş dövlət rüsumunun özündən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə etiraz etmir.

6. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 6 906.38 manat əsas borc, 391.37 manat cari faiz borcu və 643.33 manat cari dəbbə borcu olmaqla, cəmi 7 941.08 manat məblğində borcun və 100.40 manat ödənilmiş dövlət rüsumunun özündən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə etiraz etmir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında bildirir ki, iddia tələbini qəbul edir, borcun tutulmasına etiraz etmir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında bildirir ki, iddia tələbini qəbul edir, banka olan borcun müştərək qaydada tutulmasına etiraz etmir.

9. Cavabdeh Gasımov Khaganiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. «TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə cavabdeh Gasımov Khagani arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ACAM2-3322-883 nömrəli kredit müqaviləsinə əsasən, Gasımov Khaganiyə illik 18.82% faizlə, 36 ay müddətinə, 8 500 (səkkiz min beş yüz) manat kredit verilmişdir.

11. xx.xx.2022-ci il tarixdə ACAM2-3322-883+ACAM2-3299 saylı Zaminlik müqaviləsinə əsasən, öhdəliyin tamamilə icra edilməsi üçün borclu Gasımov Khagani və zaminlər Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3 kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

12. İş materiallarına əlavə olunmuş Ödəniş Qrafikinə əsasən, xx.xx.2022-ci il tarixli, ACAM2-3322-883 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər 311 manat təşkil edir.

13. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş 1839/HO-OUT №-li Xəbərdarlıq məktubuna əsasən, 19 iyun 2023-cü il tarixi üçün Gasımov Khaganinin xx.xx.2022-ci il tarixli, ACAM2- 3322-883 nömrəli kredit müqaviləsi üzrə 6.906,38 manat əsas borcu, 138,65 manat faiz borcu və 179,40 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə, 7.224,43 manat borcu yaranmış və ödənilməmişdir. Borcun 5 (beş) gün ərzində qaytarılması tələb edilir, əks halda kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacaqdır.

14. "xxxx" ASC tərəfindən verilmiş İT0010776 №-li, xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən, Gasımov Khaganinin hesabına 8500 (səkkiz min beş yüz) manat məbləğində pul köçürülmüşdür.

15. xx.xx.2023-cü il tarixli maliyyə arayışına (cədvələ) əsasən Gasımov Khaganinin xx.xx.2022-ci il tarixli, ACAM2-3322-883 nömrəli kredit müqaviləsi üzrə 6 906.38 manat əsas borc, 391.37 manat cari faiz borcu və 643.33 manat cari dəbbə borcu olmaqla, cəmi 7 941.08 manat məbləğində borcu vardır.

16. İş materialına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 260-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 260-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 260-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 260-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Mülki iş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixdə ACAM2-3322- 883+ACAM2-3299 nömrəli zaminlik müqaviləsinə əsasən, zaminlər Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3 borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Odur ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən digər cavabdehlər Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən, öhdəliyin icrasının təmini məqsədilə cavabdeh Gasımov Khagani ilə birgə məsuliyyət daşıyırlar və iddia tələbi ilə tələb edilən borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC -yə ödənilməlidir.

21. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gasımov Khagani, Cavabdeh2 Əlipənah oğlu və Cavabdeh3 müştərək qaydada 6 906.38 manat əsas borc, 391.37 manat cari faiz borcu və 643.33 manat cari dəbbə borcu olmaqla, ümumilikdə 7 941.08 manat məbləğində borc tutularaq iddiaçı «TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 218 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdehlər Gasımov Khagani, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 6906,38 manat əsas, 391,37 manat faiz, 643,33 manat cərimə olmaqla, cəmi 7941,08 (yeddi min doqquz yüz qırx bir manat, səkkiz qəpik) manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 100,40 (yüz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər Gasımov Khagani, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar