Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6761/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı ASC -nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı “Nağd pul krediti müqaviləsinə” əsasən 17.08.2021- ci il tarixə Banka borclu olduğu 1395,88 manat məbləğində əsas borc, 120,20 manat məbləğində faiz borcu, 124,45 manat cərimə borcu olmaqla, ümumilkdə 1640,53 manat, həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 17.08.2021-ci il tarixə Banka borclu olduğu 1100 manat məbləğində əsas borc, 110,17 manat məbləğində faiz borcu, 67,35 manat cərimə borcu olmaqla, ümumilkdə 1277,52 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı “Nağd pul krediti müqaviləsinə” əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmişdir, həmçinin bank ilə Cavabdeh arasında bağlanılmış 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı “Nağd pul krediti müqaviləsinə” əsasən cavabdehə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir, lakin borclu Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsinin şərtləri onun tərəfindən icra edilməmiş və nəticəsində cavabdehin Banka 12.01.2021-ci il tarixli 291419- CNS-19759 saylı “Nağd pul krediti müqaviləsinə” əsasən 1395,88 manat məbləğində əsas borc, 120,20 manat məbləğində faiz borcu, 124,45 manat cərimə borcu olmaqla, ümumilkdə 1640,53 manat, həmçinin 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 17.08.2021- ci il tarixə Banka borclu olduğu 1100 manat məbləğində əsas borc, 110,17 manat məbləğində faiz borcu, 67,35 manat cərimə borcu olmaqla, ümumilkdə 1277,52 manat məbləğində borcu qalmışdır, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. 28.09.2021-ci il tarixdə İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün artması səbəbindən hazırkı mülki işə bankın iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 20 % olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 22 % olmaqla 48 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17.08.2021-ci il tarixli arayışdan görünür ki, 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı Nağd pul krediti müqaviləsi üzrə 17.08.2021-ci il tarixinə Cavabdeh banka əsas borc məbləği 1395,88 manat, faiz borcu 120,20 manat, cərimə borcu 124,45 manat, cəmi borcu 1640,53 manat təşkil edir. İş materiallarında olan 17.08.2021-ci il tarixli arayışdan görünür ki, 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı Nağd pul krediti müqaviləsi üzrə 17.08.2021-ci il tarixinə Cavabdeh banka əsas borc məbləği 1100,0 manat, faiz borcu 110,17 manat, cərimə borcu 67,35 manat, cəmi borcu 1277,52 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh 25.06.2021-ci il və 06.07.2021-ci il tarixdə borcunu 3 iş günü müddətində ödəməsi ilə əlaqədar pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 21.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 küçəsi 4, İnzibati bina ünvanında qeydiyyatdadır. İş materiallarında olan 24.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı və 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı Nağd pul krediti müqavilələri bağlanmış, iddiaçı 12.01.2021-ci il tarixli müqavilə əsasında cavabdehə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 1500 manat, 02.03.2021-ci il tarixli müqavilə əsasında cavabdehə illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 1100 manat kredit vermişdir, iddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqavilələri ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilələr üzrə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda Cavabdeh banka ödənilməmiş 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borc məbləği 1100,0 manat, faiz borcu 110,17 manat, cərimə borcu 67,35 manat, cəmi borcu 1277,52 manat, 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borc məbləği 1100,0 manat, faiz borcu 110,17 manat, cərimə borcu 67,35 manat, cəmi borcu 1277,52 manat borcu yaranmışdır, iddiaçı tərəfindən borcunun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə cavabdehin müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı “Nağd pul krediti müqaviləsinə” əsasən 1395,88 manat məbləğində əsas borc, 120,20 manat məbləğində faiz borcu, 124,45 manat cərimə borcu olmaqla, ümumilkdə 1640,53 manat, 02.03.2021-ci il tarixli 291419-1- 37328 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 1100 manat məbləğində əsas borc, 110,17 manat məbləğində faiz borcu, 67,35 manat cərimə borcu olmaqla, ümumilkdə 1277,52 manat alınaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi 40 qəpik məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12.01.2021-ci il tarixli 291419-CNS-19759 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 1395,88 manat məbləğində əsas borc, 120,20 manat məbləğində faiz borcu, 124,45 manat cərimə borcu olmaqla, ümumilkdə 1640 (min altı yüz qırx) manat, 53 (əlli üç) qəpik; 02.03.2021-ci il tarixli 291419-1-37328 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 1100 manat məbləğində əsas borc, 110,17 manat məbləğində faiz borcu, 67,35 manat cərimə borcu olmaqla, ümumilkdə 1277 (min iki yüz yetmiş yeddi) manat, 52 (əlli iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, xidmət haqqı kimi 40 (qırx) qəpik pul məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6761/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6761/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver