Məhkəmə qərarları › İş №2(011)-6818/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6818/2025

22.12.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6818/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, onun vəkili və nümayəndəsi Vəkil2, Birləşdirilmiş iş üzrə iddiaçı, birinci iş üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” barədə birinci; İddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” barədə birləşdirilmiş iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksəkmərtəbəli binanın C blokunun 19-cü mərtəbəsində yerləşən 106 saylı mənzil mənzilin iddiaçı X1 birgə nikahdan əvvəl qazandığı şəxsi pul vəsaiti hesabına əldə etməsi faktının müəyyən edilməsi; həmin mənzil ər-arvadın birgə mülkiyyəti sayılmaması, iddiaçının təkbaşına mülkiyyət hüququnun tanınması haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yerləşən sahəsi 106 kv.m olan 106 saylı mənzilin, 2) ünvan 3 ünvanda yerləşən 2 otaqlı 93 kv.metrdən ibarət 45 saylı mənzilin, 3) Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi, 8 ünvanda 3 sot torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqdan ibarət həyət evinin, 4) ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 179 kv.m olan 59 saylı mənzilin bölünməsi, həmin əmlakların 2/3 hissəsinə onun payının müəyyən edilməsi; 5) “Mersedes Benz” markalı ** DT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satış qiymətinin yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədilə İddiaçı Cavabdeh qarşı olan iddia tələbinə dair Xətai Rayon Məhkəməsinin 2(011)-6818/2025 saylı iş üzrə icraatının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4791/2025 saylı iş üzrə icraatına birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı, birinci iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Gülşən Fərəcovanın icraatında olan e-2(006)-4791//2025 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatında olan 2(011)- 6818/2025 saylı mülki işə birləşdirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Gülşən Fərəcovanın icraatında olan e-2(006)-4791//2025 saylı mülki iş xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6818/2025 saylı mülki işi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına götürülmüşdür. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarının 6.14-cü bəndində göstərilmişdir ki, təcrübədən görünür ki, ərarvadın ümumi əmlakının bölgüsünə dair iddia tələbləri bir qayda olaraq konkret predmet(lər) üzərində iddiaçının (və ya tərəflərin) müvafiq pay(lar)ının tanınması formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox halda tərəflərin həqiqi arzusunu əks etdirmir. Boşanmış (ailə ittifaqı pozulmuş) şəxs bir qayda olaraq əmlak münasibətlərində də ortaqlıqdan ayrılmaq və payına düşən predmetlərin fərdi mülkiyyətçisi olmaq istəyir, məhkəməyə də bu səbəbdən müraciət edir. Həmin Qərarın 6.16-cı bəndinə görə ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1 və 167.1ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir. Həmin Qərarın 6.19-cu bəndinə görə ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1 və 167.1ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir. Həmin Qərarın 6.21-ci bəndinə görə bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda, paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6818/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-4791//2025 saylı mülki işə birləşdirilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, , hazırkı mülki işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqəli olmaqla yanaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki iş daha əvvəl icraata qəbul edilmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarının sadalanmış 6.16-6.21-ci müddəalarından da görünür ki, ər-arvad arasında əmlakın bölgüsü zamanı ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, bölgü zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı tərəflərin fikirləri öyrənilməklə aparılmalı, razılıq olmadıqda bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür. Göründüyü kimi, bu işlər üzrə eyni tərəflər çıxış etdiyindən, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6818/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-4791//2025 saylı mülki işə birləşdirilməlidir. Buna görə də birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 vəsatəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6818/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Gülşən Fərəcovanın icraatında olan e-2(006)-4791/2025 saylı mülki işə birləşdirilməlidir. Birləşdirilmiş iş üzrə iddiaçı, birinci iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 vəsatəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatında olan 2(011)-6818/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Gülşən Fərəcovanın icraatında olan e-2(006)-4791/2025 saylı mülki işə birləşdirilsin və birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar