Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6819/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Apple Watch 7.41 mm" markalı saatın dəyəri 1050 manatın və 30,50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, itini gəzdirərkən parkda tanış olduğu, özunu Cavabdeh kımı təqdim edən şəxs arvadına 8 mart X4 münasibəti ilə "Apple Watch“ markalı saat hədiyyə etmək istədiyini, lakin maddi vəziyyətinin sözügedən saatın dəyərini bırdəfəyə tam şəkildə ödəməyə imkan vermədiyini və bu səbəbdən də qeyd olunan hədiyyəni yalnız dəyərini hissə-hissə ödəmək şərti ilə əldə edə biləcəyini demiş, ona bu istəyini gerçəkləşdirməsi uçun yardım etmək məqsədilə tanışlıq əlaqələrinin olduğu bir neçə şəxslə əlaqə saxlayaraq göstərilən məsələ barədə məlumat vermiş və tanışlarından bırı istifadəsində olan “Apple Watch 7.41 mm" markalı saatı dəyərini uç ay ərzində hər ay 350 manat ödənilməklə, 1050 manata satmasının mukun olduğunu bildirmişdir. xx.xx.2022-ci ıl tarixdə bu barədə Cavabdeh məlumat vermiş, o da, təkliflə razılaşmış və saatı xx.xx.2022-ci ıl tarixdə təhvil almaq istədiyini bildirmişdir. Həmin tarixdə saatı ünvan 1 ünvanda yerləşən “Zəmzəm” mərasim evinin yaxınlığında təhvil vermiş və Cavabdeh saatın dəyərini hər ayın 15-i 350 manat olmaqla uç ay ərzində ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh tərəfindən aralarında şifahi formada bağlanmış alqı-satqı müqaviləsi üzrə oz öhdəliklər bu gunədək icra edilməmişdir. Onun etibarından suiistıfadə etməklə ona məxsus əmlakı ələ keçirməsi ilə bağlı əsaslı şübhələr yaranmış və bu səbəbdən də Xətai RPİ-nin 36-cı Polis Bolməsinə müraciət etmiş və aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatda "Apple Watch 7 4lmm" markalı saatın dəyərini qısa müddətdə tam ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Xətai RPİ-nə ünvanlandığı ərizə ilə bağlı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı şikayətində qeyd etdiklərini təsdiq edir. Belə ki, həmin şəxsdən həqiqətən yoldaşına 8 mart münasibəti ilə hədiyyə etmək üçün 1.050 manata razılaşma yolu ilə yeni vəziyyətdə, paketdə qırmızı rəngli “Apple Watch” qol saatını onun yaşadığı ünvanın qarşısında xx.xx.2022-ci il tarixdə almış və növbəti gün, xx.xx.2022-ci il tarixdə onu hədiyyə olaraq yoldaşı X2 təqdim elmiş, lakin həmin ərəfələrdə yoldaşı ilə aralarında münasibətlər soyuq olduğundan sonuncu hədiyyəni qəbul etməmiş, bu səbəbdən o, saatı elə həmin gün öz bacısına hədiyyə etmiş, razılaşmaya görə o, hər ay 350 manat ödəməklə 3 ay ərzində saatın pulunu İddiaçı ödəməli idi, lakin işində və şəxsi həyatında bır çox problemlər yarandığından o, saatın pulunu indiyədək ödəyə bilməmiş, bu barədə Rəvanla davamlı “watsapp” yazışmaları olmuşdur. İddiaçı qarşı hər-hansı dələduzluq etmək niyyəti olmamış, saatın pulunu ona ödəməli olduğunu etiraf edir və danmır, sadəcə olaraq indiyədək onun pulunu verə bilməməyinin səbəbi maddi sıxıntıları ilə əlaqədar olmuş, bununla belə saatın pulunu ödəməkdən yayınmır və gec də olsa, yəni aralarında olmuş razılaşmanın şərtlərini pozsa da, qısa müddətdə, hissə-hissə saatın 1.050 manat pulunu Rəvana ödəyəcəkdir. Toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, İddiaçı X3 barəsində mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mal haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malın qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malın ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Apple Watch 7.41 mm" markalı saatın dəyəri 1050 (bır min əlli) manat və 30,50 (otuz manat 50 qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6819/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6819/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver