Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6836/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərcinin tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının yetkinlik yaşma çatanadək saxlanılması üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-747/2021 saylı qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi və övladı xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının sağlamlıq imkanları məhdud uşaq olduğuna görə onun müalicə və baxım xərclərinin ödənilməsi üçün hər ay 500 manat məbləğində əlavə xərcin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızı adlı bir övladı anadan olmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(064)-384/2019 saylı qətnaməsinə müvafiq olaraq, Cavabdeh ilə İddiaçı arasında Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış, 412 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 110 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan sonra həmin aliment məbləğinin artırılması üçün tərəfindən Füzuli Rayon Məhkəməsinə müraciət olunmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)-747/2021 sayh qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə ödənilməsi müəyyən olundu. Əlavə olaraq qeyd edir ki, övladının saxlanılması üçün bu məbləğ kifayət etmir. Övladının səhhəti, sağlamlığı və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq xərc tələb olunur. Övladı böyüdükcə onun saxlanması üçün əlavə məsrəflər də meydana gəlir ki, yuxarıda qeyd olunmuş hər ay 130 manat aliment məbləği bu xərcləri ödəmir. Bu səbəbdən alimentin məbləğinin qanunla müəyyən edilmiş qaydada 235 manat məbləğində olmaqla artırılmasını qanunamüvafiq hesab edir. Bundan başqa, övladı xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızı sağlamlıq imkanları məhdud uşaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə sistemdən çıxarışa əsasən, xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızına kvadroplegik spastik serebral iflic, simptomatik epilepsiya fokal, ağır əqli gerililik, xarici çəplik diaqnozu qoyulmuş, ona birinci dərəcəli əlillik təyin edilmişdir. Qızı sağlamlıq imkanı məhdud uşaq olduğuna görə onun müalicə və xəstəliyi ilə əlaqədar aylıq 1.000 manat olmaqla xərc çəkir. İddia ərizəsinə əlavə etdiyi xəstəliyə dair sənədlərdən də aydın olur ki, övladı daima həkim müşahidəsində olmalı, xəstəliyinə uyğun müalicə almalıdır. Dərman preparatlarının qiymətləri isə olduqca yüksəkdir. Bu isə əlavə maddi xərc tələb edir. Bu günədək cavabdeh məhkəmə qaydasında müəyyən edilmiş 130 manat sabit pul məbləğini ödəməklə kifayətlənmiş, xəstə və daima müalicəyə ehtiyacı olan övladının baxım xərcləri ilə ümumiyyətlə maraqlanmamışdır. Bundan öncə də övladının keçirdiyi əməliyyatlardan belə xəbərdar deyildir. Övladının bütün maddi və mənəvi tələbatını iddiaçı qarşılayır, onun xəstəliyi ilə əlaqədar baxılmasında yalnızca o, iştirak edir. Məhz belə olan təqdirdə cavabdehin də ata olaraq çəkilən əlavə xərcin yarısını 500 manat məbləğində pul vəsaitini onun xeyrinə ödəməsini məqsədəmüvafiq hesab edir. İddiaçı övladının xəstəliyi ilə əlaqədar onun baxımı ilə məşğul ola bilmək üçün əmək fəaliyyəti ilə məşğul ola bilmir. Onun daimi olaraq qulluğa ehtiyacı olduğundan, onu nəzarətsiz qoyub heç bir yerdə işləyə bilmir. Əgər övladı sağlam olsaydı, iddiaçı əmək fəaliyyəti ilə məşğul olar, övladının bütün maddi və mənəvi tələbatını ödəyərdi. Lakin hazırda bir ana kimi sağlamlıq imkanı məhdud uşağının baxımı üçün heç bir yerdə işləyə bilmir, gəlir əldə edə bilmir. İddia ərizəsinə əlavə etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı DOST Mərkəzi tərəfindən təqdim edilmiş arayışdan da göründüyü kimi işsiz kimi qeydiyyatdadır. Övladının müalicə və müayinəsi üçün Bakı şəhərində kirayədə qalırlar. Məhz bu səbəbdən də övladı sağlamlıq imkanları məhdud olan uşaq olduğuna görə onun müalicə və baxım xərcləri qismində əlavə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini qanunauyğun hesab edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında göstərmişdir ki, o, uşağın xəstəliyi ilə əlaqədar işləyə bilmir, uşağın daimi baxılmağa ehtiyacı var. Məcburi köçkün olduğu üçün ayda 120 manat dövlətdən yardım alır. Uşağa baxmaqla bağlı 100 manat və əlavə 470 manat uşaq üçün pensiya alır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, alimentin məbləği əvvəlki məhkəmə qətnaməsi ilə 130 manat müəyyən edilib, hazırda alimentin məbləğinin artırılması zəruridir. Uşaq serebral iflicdir və mütəmadi müalicəsi davam etdirilməlidir. İddiaçı övladına özü baxır, alimentdən başqa müalicə xərclərinin ödənilməsinə cavabdeh cəlb edilməlidir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, uşağından imtina etmir, onun müalicəsi üçün Rusiya Federasiyasının Tula şəhərindən həkim gətirmişdir. Özünün əmək haqqı azdır, əlindən gəldiyi qədər uşağın baxılmasına köməklik göstərir. İddiaçı bundan qabaq da onu məhkəməyə verib ondan 2.000 manat xərc pulu tutulmuşdur. O, maddi vəziyyətinin yaxşı olmadığına görə məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(064)-384/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X2 arasında xx.xx.2013-cü ildə bağlanmış, Füzuli rayon Qeydiyyat şöbəsində 412 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının anası X1 yanında qalması, azyaşlı uşaqların saxlanması üçün 01 aprel 2019-cu il tarixdən başlayaraq hər ay 110 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-747/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlı xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “X2” göstərilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan “HB Güven Klinik” tərəfindən verilmiş xəstəlik vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızına “epilepsiya, uşaq serebral iflic” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “X5”nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Tehranzadə Afilə Ruslan qızı xx.xx.2023-cü il tarixindən Nitq inkişaf və psixoloji mərkəzində “müalicəvi bədən tərbiyəsi” məşğələlərinə başlayıb və hal-hazırda da davam edir. 1 aylıq məşğələ üçün 360 manat ödəniş edir. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi ödəniş sənədlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2023-cü il tarixdə - 272 manat, xx.xx.2023-cü il tarixdə - 18 manat, xx.xx.2024-cü il tarixdə - 15,90 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 60 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 14 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 80 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat, xx.xx.2024-cü il tarixdə - 14 manat, xx.xx.2024-cü il tarixdə - 30 manat pul vəsaitləri ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından və alimentin məbləğinin müəyyən edilməsindən artıq uzun müddət keçdiyindən, iddiaçı uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, məhkəmə qeyd edir ki, alimentin artırılmasına dair iddia tələbi tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, sonuncu dəfə 2021-ci ilin aprel ayında alimentin məbləği məhkəmə tərəfindən müəyyən edilərkən alimentin bir aylıq həcmi 130 manat müəyyən edilmiş, həmin vaxtdan üç ildən çox vaxt keçməsinə baxmayaraq, keçən müddət ərzində iddiaçı alimentin artılmasına dair iddia tələbi irəli sürməmişdir. Hazırda isə müəyyən edilən 130 manat aliment məbləğinin 105 manat artılmasına əsas verən tərəflərin maddi vəziyyətində dəyişikliklərin baş verməsi müəyyən edilmir. Odur ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının və cavabdehin maddi imkanlarını, sonuncu dəfə alimentin məbləğinin müəyyən edilməsindən artıq kifayət qədər vaxt keçməsini, keçən bu dövr ərzində yaşayış minimumunun və xərclərin, uşağın saxlanması üçün qanunla müəyyən edilən sabit pul şəklində alimentin məbləğinin həcminin artırılması kimi bütün halları və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq, hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın “xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının müalicə xərclərinin ödənilməsi üçün hər ay 500 manat məbləğində əlavə xərcin tutulması” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızı “epilepsiya, uşaq serebral iflic” diaqnozu ilə xəstədir. Onun xəstəliyi ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclərin aylıq 1.000 manat məbləğində olması iş materialları ilə təsdiq olunmur. İddiaçı tərəfindən təqdim edilən arayışdan müəyyən edilir ki, Tehranzadə Afilə Ruslan qızı xx.xx.2023-cü il tarixindən Nitq inkişaf və psixoloji mərkəzində “müalicəvi bədən tərbiyəsi” məşğələlərinə başlayıb və hal-hazırda da davam edir və 1 aylıq məşğələ üçün 360 manat ödəniş edir. Cavabdehin mövcud xərclərdə hər hansı şəkildə iştirak etməsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən ağlaban məbləğdə olan 100 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, xəstəliyin təbiəti nəzərə alınaraq, xərclərin mütəmadi ödənilməsi zəruridir. Ödəniş qəbzləri üzrə 2024-cü ilin sentyabr ayı üzrə 240 manatdan, oktyabr ayı üzrə 150 manatdan çox xərclərin aparıldığı nəzərə alınır. 2023-cü ilin oktyabr ayında bu rəqəm 272 manat təşkil edir. Bundan başqa aylıq müalicə məşğələləri ilə bağlı ödənişin hər ay üçün 360 manat olması da iş materialları ilə təsdiq olunur xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının müalicə zərurətinin davamlı olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh uşağın yetkinlik yaşına çatmasınadək hər ay 100 (bir yüz) manat məbləğində müalicə xərci tutularaq İddiaçı ödənilməlidir. Bununla bağlı iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikan MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumunun ödənilməsindən azad olunması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 46,40 manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-747/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının müalicəsi üçün yetkinlik yaşına çatanadək hər ay 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6836/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6836/2024
01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver