Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6862/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:
1. İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixdə görüşmüdürlər. “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikən sonra 23.500 manat məbləğində tərəflər avtomobilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Daha sonra 12 saylı notariat ofisində cavabdeh iddiaçıya həmin maşına dair etibarnamə vermişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixində həmin avtomobili X6 etibarnamə ilə satmışdır. xx.xx.2023-cü il tarixdə X12 İddiaçı zəng edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə avtomobilin mülkiyyətçisi tərəfindən verilən etibarnamə X4 adından etibarnamə üzrə nümayəndəsi Ramil tərəfindən ləğv edilmişdir. X12 maşını geri qaytarmış, ödədiyi pulun əvəzində cavabdehdən başqa avtomobil almışdır.
3. İddiaçı cavabeh Cavabdeh etibarnamənin ləğv olunması barədə məlumat vermiş, lakin bu günə qədər heç bir nəticə əldə edilməmişdir.
İddiaçının tələbi:
4. Cavabdeh 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 161 (yüz altmış bir) manat məbləğində dövlət alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona etibarnamə ilə satmış “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilmiş 22.800 manat məbləğində pulun müstərək qaydada birdəfəlik cavabdehlər X2 və X9 tutulması, məhkəməyə ödənilmiş dövlət rüsumunun və digər xərclər kimi 200 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6862/2023 nömrəli, xx.xx.2023 tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
7. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 23.500 manata satdığını qəbul etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, Cavabdeh sözügedən avtomobili İddiaçı etibarnamə ilə satıb. Lakin sonradan avtomobilin mülkiyyətçisi Ələkbərov Rövşən tərəfindən etibarnamə ləğv edilmişdir. Bu barədə polisə də müraciət edilib. Hal-hazırda etibarnamə ləğv edildiyi üçün tərəfindən avtomobil geri qaytarılmışdır lakin, pul onlara geri qaytarılmamışdır. İddiaçı pulun geri qaytarılmasını istəyir.
9. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, özü maşını etibarnamə ilə 22.800 manata almış, 14 gün sonra isə maşını iddiaçıya 23.500 manata satmışdır. O bu alqı-satqıda vasitəçi kimi çıxış etmişdir. Əslində, avtomobilin mülkiyyətçisi Ələkbərov Rövşəndir. Cavabdeh qeyd edir ki, o avtomobili satan zaman etibarnamə qüvvədə idi. İş üzrə onun təqsiri yoxdur. Hal-hazırda o pulu qaytara bilməz, ancaq təqsirli şəxslərin cəlb edilməsinə kömək edə bilər.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar
10. xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən verilmiş qəbzə əsasən, Cavabdeh “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 etibarnamə əsasında 22,800 (iyirmi iki min səkkiz yüz) manata almışdır. xx.xx.2023-cü il tarixdə həmin avtomobili 23,500 (iyirmi üç min beş yüz) manata İddiaçı etibarnamə əsasında satmışdır. 23,500 manatı təhvil almış, “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı təhvil vermişdir.
11. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş 7E-4928 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli X8 tərəfindən X13 verilmiş etibarnamə
12. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş 4928 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri X14 tərəfindən Cavabdeh etibar edilmişdir.
13. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən verilmiş 2173 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri Cavabdeh tərəfindən İddiaçı etibar edilmişdir.
14. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş 13976 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri İddiaçı tərəfindən X6 etibar edilmişdir.
15. xx.xx.2023-cü il tarixində X8 tərəfindən Bakı şəhəri 26 saylı notariat ofisinə verilmiş ərizəyə sasən, Bakı şəhəri 26 saylı notariat ofisində X13 7E-4928 reyestr nömrəli etibarnamə vermişdir. Həmin etibarnamənin elektron notariat sistemindən ləğv edilməsini xahiş etmişdir.
16. X14 tərəfindən xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin rəisi, polis polkovniki cənab Mirnemət Mirbabayevə ünvanlanmış ərizəyə əsasən, X3 Respublikasından 2 ədəd “Kia Sarento” və 1 ədəd “Hyundai Sonata” markalı avtomobilləri gətirmək üçün X10 və qardaşı X4 adına keçirərək Azəbaycan Respublikasına gətirmişdir. Daha sonra avtomobillər müxtəlif şəxslərə satılmışdır. X14 2022-ci ilin yanvar ayı Ələkbərov Ramindən 16.500 ABŞ dolları borc pul almış, 17.000 ABŞ dollarından artıq pul faiz ödəmişdir. X25 faizi şişirdərək 60.000 manat borcunun olduğunu deyir. Bu məsələni Ramin mübahisələndirərək onun adına gətirilən avtomobilləri, X11 adına verilən mülki etibarnaməni ləğv etmişdir.
17. X11 xx.xx.2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, 2023-cü ilin fevral ayında tanışı Vüqar adlı şəxs Koreya Respublikasından avtomobil gətirməkdən ötrü ondan xahiş etmişdir. O isə tanışı Ramin Ələkbərovdan xahiş etmişdir. Bundan sonra 1 ədəd avtomobil Ramin Ələkbərovun adına, 2 ədəd avtomobil isə Ramin Ələkbərovun qardaşı Rövşən Ələkbərovun adına gətirilməsi ilə bağlı razılaşdırıldı. Beləliklə, X24 3 avtomobilin pulunu ödədi. Avtomobillər gəldikdən sonra da onların satılmasını Vüqar ona tapşırdı. “Kia Sorento” markalı avtomobil 22.800 manata Həsən adlı şəxsə, Həsən adlə şəxs isə Kamran adlı şəxsə 23.500 manata satıldı. Daha sonra Ramin Ələkbərov və Rövşən Ələkbərov verdikləri etibarnaməni ləğv etdirdilər.
18. Cavabdeh xx.xx.2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, 23 iyun 2023-cü il tarixində Səbuhi Axundovdan “Kia Sorento” markalı avtomobili almış, 7 iyul 2023-cü il tarixdə həmin avtomobili Kamran adlı şəxsə 23.500 manata satmışdır. Avtomobilin alqı-satqısı etibarnamə ilə həyata keçirilmişdir.Sonradan Cavabdeh məlum olmuşdur ki, Rövşən Ələkbərov adlı şəxs bütün etibarnamələri ləğv etdirmişdir.
19. İddiaçı xx.xx.2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, 07 iyul 2023-cü il tarixdə “Kia Sorento” markalı avtomobili Cavabdeh 23.500 manata almışdır. Avtomobilin alqı-satqısı etibarnamə əsasında həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin avtomobil X4 mülkiyyətindədir. X1 etibarnaməni ləğv etmişdir.
20. X4 xx.xx.2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, hər üç avtomobilin pulunu qardaşı Ramin ödədiyi üçün hər üç avtomobil ona məxsusdur. Sonradan öyrəndilər ki, Səbuhi Axundov həmin avtomoilləri etibardan sui-istifadə edərək başqa səxslərə satmışdır. Bundan sonra onlar bütün etibarnamələri ləğv etdirmişdirlər.
21. X5 xx.xx.2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, sözügedən avtomobillərin pulunun hamısını özü ödəmişdir. Sonradan öyrənmişdir ki, Səbuhi Axundov həmin avtomobilləri başqa şəxslərə bazar qiymətindən aşağı sataraq onlara etibarnamə vermişdir. Bundan sonra Səbuhi Axundovun onun əmlakını aldadaraq aldığını öyrəndiyi zaman özü və qardaşının verdiyi etibarnamələri ləğv etdirmişdir.
22. 12 avqust 2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Sənan Qurbanov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən, cinayət işinin başlanması rədd edilmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər;
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il Qərarı.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.
31. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (28)
32. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. (27)
33. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
34. İşin bilavasitə iddiaçının vəkilinin izahatı, eləcə də iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”larla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğısatqısı ilə bağlı razılaşma olmuş, iddiaçı 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan avtomobillə bağlı verilmiş etibarnamə avtomobilin mülkiyyətçisi tərəfindən ləğv edildiyindən aralarında yaranmış anlaşmazlıq nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır. Cavabdeh irəli sürülən həmin faktiki halı məhkəmə iclasında etiraf etmişdir.
35. İddia tələbində tərəflər arasında “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı ilə bağlı müqavilə bağlandığı qeyd edilsə də məhkəmə hesab edir ki, tərəflər arasında daşınar əmlakın alğı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən etibarnamə ilə iddiaçıya verilmişdir. Belə olan halda iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, qeyd edilən avtomobil üçün cavabdehə 23.500 manat pul verdiyini sübutetmə yükü iddiaçının, öhdəliyi icra etdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
36. Məhkəmə araşdırması zamanı cavabdeh 23.500 manat pulu iddiaçıdan aldığını, lakin ondan asılı olmayan səbəblərdən öhdəliyini yerinə yetirə bilmədiyini etiraf etmiş, özünün də zərərə düşdüyünü qeyd etmişdir.
37. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
38. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının ona 23.500 (iyirmi üç min beş yüz) manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh etibarnamənin ləğv edilməsində birbaşa təqsiri olmasa da zərərin əvəzini iddiaçıya geri ödəməlidir.
39. Məhkəmə eyni zamanda qeyd edir ki, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
40. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 23.500 (iyirmi üç min beş yüz) manat tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161 (yüz altmış bir) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
43. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 23.500 (iyirmi üç min beş yüz) manat tutularaq İddiaçı ödənilsin. 3.İddiaçı tərəfindən ödənilmiş 161 (yüz altmış bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova