Məhkəmə qərarları › İş №2(011)-6876/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6876/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6876/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdehlər “Cavabdeh1”ya və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər “Cavabdeh1”ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh1” otelinin işçisi Cavabdeh2 13 iyun 2021-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində “Audi A3” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzini təşkil edən 21.935 manat məbləğində pul vəsaitinin “Cavabdeh1” otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, “Cavabdeh1” otelinin işçisi Cavabdeh2 13 iyun 2021-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 50.000 manat məbləğində pul vəsaitinin “Cavabdeh1” otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia ərizəsində cavabdeh qismində “Cavabdeh1”nu göstərsə də, onun təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumatları ərizədə əks etdirməmişdir. İnternet resurslarında isə cavabdeh “Cavabdeh1”nun hüquqi ünvanı, təşkilati-hüquqi forması, vöeni ilə bağlı hər hansı məlumata rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə digər cavabdeh qismində Cavabdeh2 göstərilmişdir. Cavabdeh2 qeydiyyatda olduğu ünvan Naxçıvan MR, Ordubad rayonu, Biləv kəndidir. Göründüyü kimi, iş üzrə cavabdeh “Cavabdeh1”nun hüquqi ünvanı iddia ərizəsində qeyd olunmamış, məhkəmə tərəfindən də aşkarlanmamışdır. Digər Cavabdeh2 isə Bakı şəhəri, Xətai rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “Cavabdeh1”ya və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada tərəflərə verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar