Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6880/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC -nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9072,06 manat məbləğində əsas borcun, 1927,04 manat məbləğində faiz borcunun, cəmi 10999,1 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 25.10.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi V.A.Həsənova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir, cavabdeh müqavilənin müddəti ərzində öz öhdəliklərini pozaraq kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsinin şərtləri onun tərəfindən icra edilməmiş, bunun nəticəsində cavabdehin banka 9072,06 manat məbləğində əsas borc, 1927,04 manat məbləğində faiz borcu, cəmi 10999,10 manat borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi V.Həsənova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 25.10.2021-ci il tarixində məhkəməyə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, İddiaçı ASC-yə 9072,06 manat məbləğində əsas borc, 1927,04 manat məbləğində faiz borcu olmaqla, cəmi 10999,1 manat borcunun olduğunu etiraf edir. Sonda Cavabdeh qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi V.A.Həsənova 23.11.2021-ci il tarixində məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsini və təqim edilən sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.12.2019-cu il tarixli CC/89649/72/14 saylı kredit sazişindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 20 % olmaqla, 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 1 saylı Əlavə-Ödəniş Cədvəlindən görünür ki, kredit məbləği 10.000 manat, faiz dərəcəsi 20%, komissiya 50 manat, kreditin müddəti 36 manatdır, aylıq ödəniş məbləği 14.01.2020-14.11.2022-ci il tarixədək 371,64 manat, 14.12.2022-ci il tarixə 375,56 manatdır. İş materiallarında olan 14.12.2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 10.000 manat məbləğində pulu almışdır. İş materiallarında olan 23.08.2021-ci il tarixli arayışdan görünür ki, 14.12.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə 9072,06 manat əsas, 1927,04 manat faiz borcu vardır. İş materiallarında olan Cavabdeh ünvanlanan 02.08.2021-ci il tarixli bildirişdən görünür ki, ondan 3 iş günü müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 24.08.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 10.000 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit sazişi bağlanmışdır, cavabdeh pulu iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda cavabdehin banka ödənilməmiş 9072,06 manat məbləğində əsas borc, 1927,04 manat məbləğində faiz borcu olmaqla, cəmi 10999,1 manat borcu yaranmışdır, cavabdeh iddia tələbini tam qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh 9072,06 manat məbləğində əsas borc, 1927,04 manat məbləğində faiz borcu olmaqla, cəmi 10999,10 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc kimi 9072,06 manat, faiz borcu kimi 1927,04 manat olmaqla, cəmi 10999 (on min doqquz yüz doxsan doqquz) manat 10 (on) qəpik borc və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6880/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6880/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver