Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6911/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci il təvəllüdlü Nəzrin və 2009-cu il təvəllüdlü Nuray yetinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3172/2021 saylı qətnaməsi ilə tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləği miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Bununla belə, xx.xx.2022-ci il tarixdə iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia tələbinin baxılmamış saxlanılması və sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin mülki işin baxılmamış saxlanmasına dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barədə yazılı ərizə verdiyindən, cavabdeh işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6911/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6911/2022
14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver