Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6925/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı – Cavabdehlər "xxxx" ASC və Cavabdeh2 iddiaçının mülkiyyətində olan "BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5370 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəməyə iddia üçün ödədiyi 74 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödədiyi 200 manat həmçinin dəymiş ziyana görə işləmədiyi 4 ay nəzərə alınaraq 1600 manat cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında iddiaçı tərəfindən idarə edilir. xx.xx.2025-ci il tarixdə saat 17:51 radələrində həmin avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ilə 28 May küçəsinin kəsişməsində sola işıq yandırıb işıqforun qırmızı işığında dayanmışdır, arxadan gələn "Mercedes-Benz" markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlaya bilməyərək iddiaçıya məxsus avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticə də zərbənin gücündən iddiaçı həm maddi, həm də fiziki xəsarət almışdır. Hadisədən dərhal sonra məlum oldu ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb məhz "xxxx" MMC-yə məxsus olan və müqavilə əsasında götürülmüş “Mercedes- Benz Actross yük” markalı 10-YN- 948 qeydiyyat nişanlı yük avtomobilin sürətlə hərəkət etməsi olmuşdur. Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarı ilə iddiaçının və digərlərinin xəsarət alması faktına əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olan, «Mercedes-Benz Actross yük» markalı **-YN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh2 barəsində AR İXM-nin 327.1- ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Abşeron RPİnin X3 Şöbəsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə edilən Abşeron RPİnin X3 Şöbəsinin xx.xx.2025-ci il tarixli ******* nömrəli İnzibati xəta haqqında Protokolu ilə Cavabdeh2 AR İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğinda cərimə cəzası tətbiq edilmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir. “Avto Klub” tərəfindən tərtib edilmiş 2025-ci il 11 avqust tarixli qüsur aktından görünür ki, mənim mülkiyyətimdə olan “BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yekun təmiri üçün ümumilikdə 5370 manat pul vəsaiti tələb olunur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, mülkiyyətində olan "BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5370 manat, 74 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödədiyi 200 manat həmçinin dəymiş ziyana görə işləmədiyi 4 ay nəzərə alınaraq 1600 manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyətində işləmir, sadəcə aralarında icarə müqaviləsi mövcud olmuş, avtomobili Cəmiyyətdən icarəyə götürmüşdür, iddiaçıya onun tanışı olan ustası vasitəsi ilə avtomobili təmir etdirməyi təklif etdiyini, lakin iddiaçının razılaşmadığını, vurulmuş zərərin çox tələb edildiyini, hətta tələb edilən məbləğin avtomobilin dəyərinə bərabər olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərkən tərəfindən 74 manat dövlət rüsumu ödənilmişdir. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər İnzibati Xətalarla bağlı çıxarılan X2 Haqqında TP7418919 saylı qərardan görünür ki, Veysov X1 Xətalar Məcəlləsinin 327.6-cı maddəsində göstərilən xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir. “Avto klub” servisi tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydən görünür ki, buraxılış ili 2014 olan, ağ rəngli, **-HU-*** dövlət qeydiyyat nişanlı, BYD GF3 markalı avtomobilə 5370 manat ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 idarə etdiyi “Mercedes-Benz Actross yük” markalı **-YN-*** d.q.n-lı avtomobili“Azərenerji Tikinti- Quraşdırma” şirkətindən müqavilə əsasında götürmüşdür. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, “B,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır, idarə etdiyi “Mercedes-Benz Actross yük” markalı **-YN-*** d.q.n-lı avtomobili yol vərəqəsi əsasında idarə edir.O, avtomobili “Azərenerji Tikinti- Quraşdırma” şirkətindən müqavilə əsasında götürmüşdür, avtomobil texniki cəhətdən saz vəziyyətdədir.xx.xx.2025ci il tarixdə saat təxminən 17:40 radələrində idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ilə hərəkətdə olan zaman 28 May küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmışlar.Yaşıl işıq yandıqda hərəkətə başlamış, qarşısında gedən “BYD” markalı **-HU-*** d.q.n-lı avtomobil anidən tormoz vermiş və o, bundan sonra əyləcdən istifadə etmiş, həmin avtomobilin arxa hissəsindən dəyərək toqquşmuşdur.Onun avtomobilində yük olması səbəbindən o, həmin şəxsə öz nömrəsini vermiş və yoluna davam etmişdir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli müşayət məktubundan görünür ki, mütəxəssis rəyinin alınmasına görə İddiaçı tərəfindən 200 manat ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-454/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, **-HU-*** dövlət qeydiyyat nişanlı, BYD GF3 minik markalı avtomobilinə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq, ehtiyat hissələri üzrə 2610 manat, nəqliyyat vasitəsinin təmiri üçün 2100 manat olmaqla, ümumilikdə 4710 manat təşkil edir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının idarə etdiyi “BYD” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh2 tərəfindən idarə olunan “Mercedes” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilinə ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, qanuni əsaslarla onu idarə etmiş olan Cavabdeh2 daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki “BYD” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər Cavabdeh2 tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin Cavabdeh2 səhvi ucbatından vurulduğundan, iddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, “B,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır, idarə etdiyi “Mercedes-Benz Actross yük” markalı **-YN-*** d.q.n-lı avtomobili yol vərəqəsi əsasında idarə edir.O, avtomobili “Azərenerji Tikinti- Quraşdırma” şirkətindən müqavilə əsasında götürmüşdür, avtomobil texniki cəhətdən saz vəziyyətdədir.xx.xx.2025ci il tarixdə saat təxminən 17:40 radələrində idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ilə hərəkətdə olan zaman 28 May küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmışlar.Yaşıl işıq yandıqda hərəkətə başlamış, qarşısında gedən “BYD” markalı **-HU-*** d.q.n-lı avtomobil anidən tormoz vermiş və o, bundan sonra əyləcdən istifadə etmiş, həmin avtomobilin arxa hissəsindən dəyərək toqquşmuşdur. Onun avtomobilində yük olması səbəbindən o, həmin şəxsə öz nömrəsini vermiş və yoluna davam etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyəti ilə bağladığı icarə müqaviləsinə əsasən “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 idarə etdiyi “Mercedes-Benz Actross yük” markalı **-YN-*** d.q.n-lı avtomobili “Azərenerji Tikinti- Quraşdırma” şirkətindən müqavilə əsasında götürmüşdür. Məhkəmə həmçinin iddia tələbinin “dəymiş ziyana görə işləmədiyi 4 ay nəzərə alınaraq 1600 manat məbləğin cavabdehlərdən tutulmasına” dair hissəsini də əsassız hesab edir. Belə ki, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan gəlir məlumatlarında görünür ki, İddiaçı rəsmi iş yeri mövcud deyildir, yaşa görə pensiya alır. Habelə iddiaçı tərəf işləməsinə dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-454/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, **-HU-*** dövlət qeydiyyat nişanlı, BYD GF3 minik markalı avtomobilinə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq, ehtiyat hissələri üzrə 2610 manat, nəqliyyat vasitəsinin təmiri üçün 2100 manat olmaqla, ümumilikdə 4710 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 dəymiş ziyana görə 4710 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddia tələbinin “200 manat mütəxəssis rəyinin alınmasına görə ödənilmiş pulun cavabdehdən tutulmasına dair” hissəsini əsaslı hesab edərək, qeyd edir ki, mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli cavabdehdən 67,10 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş ziyana 4710 (dörd min yeddi yüz on) manat maddi ziyan, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 200 (iki yüz) manat və 67,10 (altmış yeddi manat, on qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4977,10 (dörd min doqquz yüz yetmiş yeddi manat, on qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6925/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6925/2025
12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver