Məhkəmə qərarları › İş №2(011)-6938/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6938/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6938/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(013)-2055/2021 saylı qətnaməsinə əsasən 15 avqust 2020-ci il təvəllüdlü X1 üçün hər ay 130 manat müəyyən edilmiş aliementin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin vəsatətini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdeh Abbasov X3 rayonu, Çobankənd ərazi dairəsi, Çobankənd kəndində qeydiyyatdadır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Odur ki, cavabdeh tərəfin vəsatəti təmin edilərək, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Gədəbəy rayonu ərazisində qeydiyyatda olduğundan, hazırkı mülki işə Xətai Rayon Məhkəməsində baxılması mümkünsüzdür və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar