Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-694/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh 50953 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 50983 manat məbləğində pulun alınıb İddiaçı1 Qambay oğluna, 56000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 56030 manat məbləğində pulun alınıb İddiaçı2 verilməsi haqqında qətnamənin çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların tanışıdır. O, Qaradağ rayonu Səngəçal qəsəbəsində olan daş karxanasının maddi texniki bazasının yeniləşdirilməsi üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək olan müddətdə İddiaçı1 50953 manat İddiaçı2 56000 manat borc almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçılar cavabeh ilə görüşərək ondan pullarını geri qaytarılmasını xahiş etdi. Üç nəfər şahidin iştirakı ilə Cavabdeh “borcun etirafı müqaviləsi”ni imzalayaraq İddiaçı1a 50953 manat, İddiaçı2 isə 56000 manat borcu olduğunu etiraf etmiş və həmin borcu xx.xx.2020ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytamaqdan yayınır. Cavabdeh borcu qaytamadığına görə iddiaçılar məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddiaçıların hər biri iddia ərizəsinin məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlər rüsumu ödəmişdrirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçılardan, təxminən 15000 manat məbləğində daş karxanasının işlədilməsi pul almışdır. Bunun müqabiləndə cavabdehlər əlavə qazanc əldə edicəklərdi. Aldığı borca görə o, İddiaçı2 27000 manat məbləğində pul qaytarmışdır. İddiaçların təqdim etdikləri borcun etirafı müqavilələri o imzalamamışdır. Cavabdeh bildirdi ki, qeyd edilən sənədləri daha əvvəl görməmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh, İddiaçı1, X3, X2, İddiaçı2 tərəfindən imzalanmış “Borcun etirafı müqaviləsi”ndən görünür ki, Cavabdeh etiraf etmişdir ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin ərazisində yerləşən ona məxsus Daş Karxanasının maddi texniki bazasının yeniləşdirilməsi üçün 2019-cu il aprelin 30-dan 2020-ci il iyunun 02-dək olan müddətdə 2020-ci il avqustun 31-dək qaytarmaq şərti ilə İddiaçı1 Qambay oğlundan aşağıda adları qeyd olunan şahidləri iştirakı ilə üst-üstə 50953,0 manat məbləğində borc götürüb. Borcu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmaq barədə üzərinə öhdəlik götürür. Mülki iş materiallarında olan, xx.xx.2020-ci il tarixli Cavabdeh, İddiaçı2, X3, X2, İddiaçı1 tərəfindən imzalanmış “Borcun etirafı müqaviləsi”ndən görünür ki, Cavabdeh etiraf etmişdir ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin ərazisində yerləşən ona məxsus Daş Karxanasının maddi texniki bazasının yeniləşdirilməsi üçün 2019-cu il aprelin 30-dan 2020-ci il iyunun 02-dək olan müddətdə 2020-ci il avqustun 31-dək qaytarmaq şərti ilə İddiaçı2 aşağıda adları qeyd olunan şahidləri iştirakı ilə üst-üstə 50953,0 manat məbləğində borc götürüb. Borcu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmaq barədə üzərinə öhdəlik götürür. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 4/89 nömrəli Ekspert Rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqində olan Cavabdeh ilə İddiaçı1 adlarında olan x xxxx 2020-ci il tarixli borcun etirafı mqaviləsində “Cavabdeh” yazıları önündəki imza və mülki işin 6-cı vərəqində olan Cavabdeh ilə İddiaçı2 adlarında olan xx xxxx 2020-ci il tarixli borcun etirafı müqaviləsində “Cavabdeh” yazıları önundəki imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən İddiaçı1 50953,0 manat, İddiaçı2 isə 56000,0 manat məbləğində borc pul aldığı öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş borcun etirafı müqavilələrini imzalamadığını və iddiaçılardan tələb edilən məbləğdə borc almadığını bildirsə də, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh və İddiaçı2 ilə Cavabdeh arasında borcun etirafı müqavilələrində olan imzaların, həqiqətəndə, Cavabdeh tərəfindən icra edilmişdir. Cavabdeh borc məbləğinin iddiaçılara ödənildiyinə dair məhkməyə hər hansı bir dəlil təqdim etməmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçılardan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçılara qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc aldığı halda, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, İddiaçı1 50953,0 manat, İddiaçı2 isə 56000,0 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Həmçinin keçirilmiş ekspertiza tədqiqatının dəyəri də cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 50953,0 (əlli min doqquz yüz əlli üç manat) manat borca görə və 30 (otuz) manat dövlət rüsumuna görə, cəmi 50983,0 (əlli min doqquz yüz səksən üç manat) manat alınaraq İddiaçı1 ödənilsin. Cavabdeh 56000,0 (əlli altı min manat) manat borca görə və 30 (otuz) manat dövlət rüsumuna görə, cəmi 56030, (əlli altı min otuz manat) manat alınaraq İddiaçı2 ödənilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatına görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 170032662, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-694/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-694/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver