Məhkəmə qərarları › İş №2(011)-6950/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6950/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6950/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı Cavabdeh qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 4500 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci il tarixinin iyul ayında Cavabdeh 3000 manat və leokartında olan 1500 manat məbləğində olmaqla, ümumilikdə 4500 manat borc pul vermişdir. Cavabdehlə iddiaçı bir yerdə işləmişdir. İddiaçı bildirir ki, cavabdehə pulu ondan ötrü vermişdi ki, aliment borcu ilə əlaqədar inzibati həbsdən azad olunsun. Çünki bir iş yoldaşı kimi həbsə getməməsi üçün yazığı gəlib.Lakin üstündən bir ildən çox keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmaqdan boyun qaçırır. Hər dəfə müxtəlif bəhanələr gətirir. Pulu götürəndə demişdi ki, ən azından hər ay 300 manat ödəyəcək. Ancaq göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hətta sonuncu dəfə işdə xx.xx.2023-cü il tarixində şahidlərin iştirakı ilə cavabdeh rəsmi ərizə yazmışdır ki, pulu hər ay 300 manat ödəməklə 15 ay ərzində ödəyəcək. Buna dair cavabdehin öz xahişi ilə hətta çəkiliş də olunub işdə. Lakin hər dəfə belə bəhanələr götürməsinə baxmayaraq cavabdeh pulu ödəmək istəmir. İddiaçı qeyd edir ki, özü xəstədir bu yaxınlarda əməliyyata getməlidir. Pula ehtiyacı olduğu üçün cavabdehə sonuncu dəfə rəsmi olaraq verdiyi borc pulun ona tam şəkildə qaytarılmasına dair pretenziya məktubu da göndərmişdir. Pretenziya məktubuna şifahi cavab olaraq cavabdeh hazırda işləmədiyini bildirmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, iddiaçıya 4500 manat borcu qalıbdır və bu ayın sonu borcunun 30-40% -ni iddiaçıya ödəyəcəkdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli əl yazma qəbzdən görünür ki, Cavabdeh 4800 manat borcundan 300 manat ödəmiş, borcun qalan 4500 manatını 15 ay ərzində ayda 300 manat ödəməyi öhdəsinə götürərək, borcunu bağlayacağı, əks təqdirdə onu mühafizə orqanlarına dələduz kimi təqdim edilməsinə razılıq vermişdir. Ələkbərova İradə və Hüseynov Azad şahidlik etmişdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməsini əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 66 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, Cavabdeh iddiaçıdan borc olduğu pul məbləğini götürməsini qeyd etməsini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə borc pul almasına dair hüququndan istifadə etmiş, 4500 manat pulu almış, lakin həmin pulun qaytarılmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh iddiaçıdan pul almış və əlyazma qəbz üzrə qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pulu ona ödəməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar