Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-699/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin Cavabdeh qarşı “torpaqayırma qərarının və torpaq icarəsi müqaviləsinin ləğvi, icarə hüququna xitam verilməsi” tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi Cavabdeh qarşı – Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin Cavabdeh adına verdiyi xx.xx.2004-cü il tarixli, 567 saylı qərarının ləğv edilməsi və bu qərara əsasən cavabdehlə bağlanmış xx.xx.2004-cü il tarixli, 04/164 saylı uzunmüddətli torpaq icarəsi müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlardan görünür ki, cavabdehin bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə razılığı var və bu səbəbdən iddianı cavabdeh tərəf qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, müqavilənin ləğv edilməsi haqqında müqavilənin tərəfləri arasında razılaşma olduqda müqavilənin ləğvi müqavilə ilə eyni formada bağlanılır. Hazırda isə hər iki tərəf müqavilənin ləğv edilməsinə razı olduqlarından, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə yoxdur. Həmçinin iddiadan görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi özü tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 567 saylı qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanunun 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi özü tərəfindən qəbul edilmiş qərarı öz də ləğv edə bildiyindən, məhkəmə tərəfindən həmin qərarın ləğv edilməsi üçün tərəflər arasında hər hansı mübahisə olmadığından, mövcud iddia məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin Cavabdeh qarşı “torpaqayırma qərarının və torpaq icarəsi müqaviləsinin ləğvi, icarə hüququna xitam verilməsi” barədə iddia tələbi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-699/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-699/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver