Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6993/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 304.41 manat əsas borc, 2.71 manat faiz borcu və 5.02 manat cərimə borcu olmaqla, ümumilikdə 312.14 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 306.41 manat kredit götürmüşdür, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 20.08.2021-ci il tarixədək Cavabdeh banka 11.12.2019 il tarixli kredit müqaviləsi üzrə 304.41 manat əsas borc, 2.71 manat faiz borcu və 5.02 manat cərimə borcu olmaqla ümumilikdə 312.14 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 11.12.2019-cu il tarixli 19-P-1-0-603-14 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 306.41 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan 11.12.2019-cu il tarixli 19-P-1-0-603-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bank borcalan Cavabdeh 60 ay müddətinə, illik 1% hesabı ilə, güzəşt müddəti 12 ay olmaqla 306.41 manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 20.08.2021-ci il tarixə banka 304.41 manat əsas, 2.71 manat faiz borcu, 5.02 manat cərimə borcu olmaqla, cəmi 312.14 manat borcu vardır. İş materiallarından görünür ki, 09.08.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə ondan borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 17.05.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 11.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh arasında 11.12.2019-cu il tarixli 19-P-1-0-603-14 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 306.41 manat məbləğində kredit vəsaiti ayrılmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmiş, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda banka olan ödənilməmiş borcu əsas borc məbləği 304.41 manat, 2.71 manat faiz borcu və 5.02 manat cərimə borcu olmaqla, ümumilikdə 312.14 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 304.41 manat əsas borc, 2.71 manat faiz borcu və 5.02 manat cərimə borcu olmaqla, ümumilikdə 312.14 manat borc tutularaq X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 304.41 manat əsas borc, 2.71 manat faiz borcu, 5.02 manat cərimə borcu olmaqla, ümumilikdə 312 (üç yüz on iki) manat 14 (on dörd) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 (iyirmi) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6993/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6993/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver