Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6999/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan Cavabdeh2 ASC-nin xeyrinə 4286,44 manat tutulması ilə bağlı Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış xx.xx.2022- ci il tarixli, 3470 nömrəli icra qeydinin ləğv olunması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə Rzayev Məmməd Firdovsi oğlu kredit müqaviləsinə əsasən bank tərəfindən ona ayrılmış, həmin kredit üzrə gələcəkdə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Rzayev Məmməd Firdovsi oğlunun maliyyə vəziyyətində yaranmış çətinliklərə görə o, kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Ona görə də Cavabdeh2 ASC onun yaşayış yeri üzrə Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət etmiş, kredit müqaviləsi üzrə ödənilməmiş 4520,60 manat məbləğində vəsaitin tutulması ilə bağlı icra qeydinin aparılmasını xahiş etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisi tərəfindən aparılmış icra qeydi əsasında icra hərəkətləri davam etdirilir. Belə ki, tələbkar ilə borclu arasında yaranmış razılıq əsasında icra qeydində göstərilən tələb hissə-hissə ödənilir. Cavabdeh2 ASC onun yaşayış yeri üzrə Bakı şəhəri 40 saylı Notariat ofisinə müraciət etmiş, kredit müqaviləsi üzrə ödənilməmiş 4520,60 manat məbləğində vəsaitin tutulması ilə bağlı icra qeydinin aparılmasını xahiş etmişdir. Notariat ofisi xahişi təmin etmiş, ondan da kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı icra xx.xx.2022-ci il tarixli 3470 nömrəli icra qeydi aparmışdır. Bankla aralarında bağlanmış zaminlik müqaviləsində müqavilənin qüvvədə olduğu dövr ərzində üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyi halda bankın icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etmək ilə bağlı hüququnun olması barədə hər hansı qeyd yoxdur. İcra qeydinin aparılması barədə məlumatı xx.xx.2022-ci il tarixində almışdır. Belə ki, Xətai rayon İcra Şöbəsinə dəvət olunaraq 40 saylı Notariat Ofisinin icra qeydi və icra vərəqəsi təqdim edilmişdir. Hazırda ondan banka 4286,44 manat vəsait ödənməsi tələb olunur. Bununla razı deyil və hesab edir ki, icra qeydi qanunsuz aparıldığı üçün ləğv edilməlidir. Belə ki, hazırki icra qeydi aparılan zaman Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimaf’ın tələbləri aşağıdakı səbəblərdən kobud şəkildə pozularaq əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, tələbkar icra qeydlərinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Qanunvericiliyin tələbinə əsasən, belə bir bildirişin borcluya göndərilməsini və çatmasını təsdiq edən, habelə borcu müəyyın edən sənədlər və ya bununla bağlı digər məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməlidir. Eyni zamanda Notariat ofisi də icra qeydi apararkən borcun ödənilməsi barədə borcluya (zaminə) heç bir yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkət etməmiş, əsassız icra qeydi aparmışdır. Halbuki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparıla bilər. Əks halda, yəni tələbkarla borclu arasında bağlanılmış müqavilə üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə həllini yalnlz məhkəmədə tapmalıdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərinin tutulması və əmlakın tələb edilməsi üçün icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və həmin maddənin 3-cü hissəsində nəzərdə tutulan iddia müddəti keçmədiyi halda aparılır. Hazırkı halda bank qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Çünki kredit müqaviləsi üzrə öhdəliklər Rzayev Məmməd Firdovsi oğlu tərəfindən icra olunur. Notarius tərəfindən aparılmış icra qeydi əsasında isə bank həmin ödənişləri ondan təkrar tələb edir. Ona görə də hesab edir ki, hazırkı borc məbləği mübahisəsiz deyildir. Bu borc ondan da icra qeydi əsasında tutula bilməz. Qanunvericilikdə bununla bağlı imperativ tələblərin olmasına baxmayaraq, ona 40 saylı Notariat Ofisi tərəfindən heç bir bildiriş göndərilməmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı öz ərizəsində icra qeydi aparılacağı ilə bağlı bildiriş vasitəsi ilə məlumatlandırılmadığını iddia etsə də, Notariat ofisi tərəfindən bildiriş xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İcra qeydi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Nəticə olaraq icra qeydi “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Bundan əlavə, İddiaçı ilə bank arasında bağlanmış zaminlik müqaviləsi üzrə zamin bank qarşısında kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı tam öhdəlik götürmüşdür. Borclu tərəfindən müqavilə üzrə öhdəlik icra olunmamış, buna görə də bank tərəfindən zaminə qarşı tələb irəli sürülməklə, ondan pul məbləğinin tutulması barədə icra qeydinin aparılması ilə bağlı notariusa müraciət olunmuşdur. 40 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli icra qeydi əsasən İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 4286,44 manat məbləğin tutulmasına dair qeyd aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2 və 472.3- cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı dəlil göstərməmişdir. Göstərilən əsaslara görə də notariusun icra qeydi ləğv edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən tarixdə işdə olmağı zəruri olduğundan məhkəmə prosesində iştirakının mümkün olmadığını bildirmiş, iş üzrə xx.xx.2022-ci il tarixinə saat 10:15-ə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını və xx.xx.2023-cü il tarixdən sonraya təyin edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, iddiaçının məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının və icra sənədinin icrasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin əsassız olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Cavabdeh2 ASC tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş “Cavabdeh2 ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 6.12-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır. Borc verən Cavabdeh2 ASC ilə borc alan Rzayev Məmməd Firdovsi oğlu və zamin İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK55104/73/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə borc alana 7000 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borcalan müqavilə üzrə ödənişlərini vaxtında və lazımınca icra etmədikdə onun və ya zaminin sərəncamı olmadan birtərəfli qaydada borc alanın və ya zaminin bankdakı hesablarında müvafiq həcmdə vəsait silir. xx.xx.2020-ci il tarixli3016 saylı kassa məxaric orderinin surətindən görünür ki, Rzayev Məmməd Firdovsi oğlu 7000 manat məbləğində pulu imza edərək götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən zamin İddiaçı müraciət olunaraq 20 gün müddətində xx.xx.2020-ci il tarixli, MK55104/73/14 saylı kredit müqaviləsi üzrə 4226,16 manat əsas borcun və 10,58 manat faiz borcunun ödənilmədiyi təqdirdə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə əsasən borc barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə zamin xəbərdalıq edilmişdir. 095479 nömrəli qaimədən görünür ki, xx.xx.2022-ci il tarixli bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən imza olunaraq qəbul edilmişdir. Bakı şəhəri, 40 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İcra qeydinin surətindən görünür ki, notarius tərəfindən Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı 4261,44 manat borc, 25 manat dövlət rüsumu olmaqla, cəmi 4286,44 manat məbləğində pulun tutulması barədə icra qeydi aparılmışdır. İcra qeydi reyestrdə 8İ-3470 № ilə qeyd olunaraq, informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 2-ci hissəsinə uyğun olaraq hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması üzrə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır:
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı Rzayev Məmməd Firdovsi oğlunun xx.xx.2020-ci il tarixli, MK55104/73/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-yə 4261,44 manat borcunun qalmasının mübahisəsiz olması, İddiaçı zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə borc alanla birgə məsuliyyət daşıması, bank tərəfindən notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi və bildirişin sonuncu tərəfindən qəbul edilməsi, bununla da, İddiaçı 4261,44 manat borc, 25 manat dövlət rüsumu olmaqla, cəmi 4286,44 manat məbləğində pulun tutulması barədə Bakı şəhəri, 40 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İcra qeydinin ləğv edilməsi üçün heç bir qanuni əsasın olmadığı müəyyən edilməmişdir. İddiaçı digər borclu Rzayev Məmməd Firdovsi oğlu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını, bununla da, borc verən qarşısında onun icra edilməmiş öhdəliyinin qalmadığını qeyd etmiş, lakin iddia ərizəsinə həmin halları təsdiq edən heç bir sübut əlavə edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev