Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7028/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 (yüz iki) manatın tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mövcud iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təsdiq etdiyi icra qeydinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində rəsmiləşirilmiş 3M-14 reyestr nömrəli Kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 8200 manat 00 qəpik (səkkiz min iki yüz manat sıfır qəpik) və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 25 manat 00 qəpik (iyimi beş manat sıfır qəpik), cəmi 8225 manat 00 qəpik (səkkiz min iki yüz iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. Göründüyü kimi, tələb Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş icra qeydinin icrası ilə bağlıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də iddiaçının hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 (yüz iki) manatın tutularaq İddiaçı ödənilməsi barədə iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7028/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7028/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver