Məhkəmə qərarları › İş №2(011)-7077/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7077/2024

16.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7077/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı – cavabdehin qanunsuz olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qarşı bütün maneələrin aradan qaldırılmasına (obyekt hasardan çıxarılmasını, işıq, qaz, su və digər telekommunikasiya xətlərin bərpa edilməsi) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbi ərazi aidiyyəti baxımından Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı olmayan tələbdir. Ona görə ki, iddiaçının tələbi qeyri-yaşayış sahəsinə bütün maneələrin aradan qaldırılması ilə bağlı olmaqla ərazi aidiyyəti üzrə MPM-nin 39-cu maddəsi ilə tənzimlənən müstəsna aidiyyət qaydalarına uyğun olaraq, mübahisəli qeyri-yaşayış sahəsinin olduğu yerin məhkəməsində baxılmalı olan tələbdir. Tələbdən görünür ki, mübahisəli qeyriyaşayış sahəsi Bakı şəhərinin Nərimanov rayonundadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, iddiaçı tələbi müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğundan, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-nə qarşı – cavabdehin qanunsuz olaraq ona məxsus çıxarış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qarşı bütün maneələrin aradan qaldırılması (obyekt hasardan çıxarılmasını, işıq, qaz, su və digər telekommunikasiya xətlərin bərpa edilməsi) barədə ddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi İddiaçı tərəfindən müvəqqəti təminat tədbirinə dair ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" ASC vasitəsi ilə (qəbz: 16107) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar