Məhkəmə qərarları › İş №2(011)-7090/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7090/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7090/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7058,28 manat pul məbləğinin, 30 manat dövlət rüsumunun və 1.764,5 manat dəbbə pulunun cavabdehlərin miras əmlakdan aldıqları paylara mütənasib şəkildə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(011)-2711/2020 saylı qətnaməsindən görünür ki, X1 3076,72 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən hazırkı ərizədə göstərilmiş tələbə daha öncə məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edərək iddiaçı qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 153.2.4-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, daha əvvəl məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş tələb yenidən irəli sürüldüyündən iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar