Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7128/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrədddin qızının katibliyi, İddiaçı, cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə, Cavabdeh İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona bağışlanma əsasında məxsus olan, Yasamal rayonu ərazisində yerləşən 3 otaqlı mənzili 156000 manata satmış, həmin puldan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən keçmiş həyat yoldaşının anası vasitəsilə tanıdığı Cavabdeh 45000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür, 51 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydində Cavabdeh onun xeyrinə vaxtında ödənilməmiş 45000 manat, onun tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu ilə birlikdə 45025 manat pul tutulması göstərilmiş və icra qeydi icraya yönəldilmişdir. Dəfələlə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də o. Borcunu ödəməmişdir.Hazırda iddiaçı cavabdehdən onun xeyrinə 45000 manat borcun və 6750 manat zərər olmaqla,ümumilikdə 51750 manat pulun və 245 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslanıdırılmışdır ki, o, biznes fəaliyyəti ilə məşğul olur, pandemiya səbəbindən biznes fəaliyyəti zəifləmiş və ona pul lazım olmuşdur. Bu məqsədlə borcu Reyhan Aslanovadan istəmiş, 51 saylı Notariat Ofisində Reyhan Aslanovanın şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün o, yeznəsi İddiaçı zəng etmiş, onun şəxsiyyət vəsiqəsi üzərində olduğu üçün notariat ofisinə gəlmiş, kredit müqaviləsi onunla bağlanmışdır. Lakin o, İddiaçı borc almamış, pulu ona Reyhan Aslanova vermişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin İddiaçı VÖEN sahibi olsa da, onu dayandırdığını, mülki işə Xətai Rayon Məhkəməsində baxılmasını istədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi Vəkil mülki işə Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh hər ikisi fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxslərdir. Məhkəmə hər iki tərəfin fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxslər olmasını, tərəflər arasında mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün alınan borcla bağlı yarandığını nəzərə alaraq hesab edir ki, hazırki məhkəmə aidiyyəti üzrə mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə, Cavabdeh İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-7128/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7128/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver