Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7174/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “itkin düşməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X7 2008-ci ilin avqust ayından etibarən xəbərsiz itkin düşmüş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayədəsi və vəkili Vəkil daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.2008-ci il tarixdən etibarən xəbərsiz itkin düşmüş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X4 2008-ci ilin avqust ayında xəbərsiz evdən getmiş, bir daha geri qayıtmamışdır. Ərizəçi bildirir ki, o, əvvəllər Ukrayna Respulikasının müxtəlif şəhərlərinə mövsümü işlə əlaqədar olaraq işləmək üçün gedərkən onunla əlaqə saxlaya bilsələr də, artıq uzun müddətdir ki, onunla əlaqə saxlaya bilmirlər. Dəfələrlə yaxın qohumların iştirakı ilə onu axtarmağa çalışsalar da, tapa bilməmişlər. Ümumiyyətlə onun barəsində heç bir məlumat əldə olunmamışdır. X7 itkin düşməsi ilə bağlı Xətai RPİ- nə bu barədə məlumat verilmişdir. Lakin Xətai RPİ-nin polis şöbəsinin təhqiqatçısı, polis mayoru Müşviq Cəbrayılov tərəfindən müraciətə xx.xx.2024-cü il tarixdə rəsmi cavab məktubu göndərilərək X4nun itkin düşməsi ilə əlaqədar mövcüd qanunvericiliyə əsasən itkin düşmüş şəxslər 10 ildən artıq artıq müddətdə tapılmadıqda, ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi alınması üçün məhkəmə orqanlarına müraciət edilməli olduğundan, cinayət işinin başlanılmasını rədd edilməsi barədə qərar qəbul etmişdir. X4 barədə heç bir məlumat olmasa da, bu günədək onun xəbərsiz itkin düşməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Lakin X4nun xəbərsiz itkin düşməsi səbəbindən daşınmaz əmlakın idarə olunmasına dair rəsmiləşdirmə işləri apara bilmirlər. Belə ki, X7 iştirakı tələb olunur. Sonuncu dəfə 2022-ci ilin mart ayında tanımadıqları bir şəxs Ukrayna Respublikasından whatsapp vasitəsilə zəng vuraraq atasının, yəni X7 Ukrayna Respublikasının Kiyev vilayətinin Buça şəhərində dağıntılar altında qalması barədə məlumat vermişdir. Bundan başqa heç bir xəbər alınmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçivə onun nümayədəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1967-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, ata adı qrafasında X9, ana adı qrafasında X3 qeyd olunmuşdur. İş materiallarında olan, Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 xəbərsiz itkin düşməsi və ya ölmüş elan edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında X4nun evdən çıxıb getməsi faktında cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan, ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilən məktubdan görünür ki, xx.xx.1967-ci ildə Azərbaycan Respublikasının Ağsu rayonunda anadan olmuş X7 Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır, habelə İ.B.Alıyevin digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. İş materiallarında olan, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 inzibati məsuliyyətə cəlb olunması haqqında məlumat mövcud olmamışdır. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışdan görünür ki, X9 Z.Yusifov küçəsi, 58 saylı fərdi evdə qeydiyyatda olduğuna baxmayaraq Bakı şəhəri 40 saylı Notariat ofisinin xüsusi notariusunun aktına əsasən 2008-ci ildən göstərilən ünvanda yaşamır. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna əsasən verilmiş məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X9 Z.Yusifov küçəsi, 58 saylı fərdi evdə xx.xx.2006-ci il tarixdən qeydiyyatda olduğuna baxmayaraq, faktiki olaraq qonşuların aktına əsasən 2008-ci ilin avqust ayından göstərilən ünvanda yaşamır. İş materiallarında olan, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilən məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü X7 2008- ci ilin əvvəllərində evdən xəbərsiz getməsi barədə ailə üzvləri tərəfindən hər-hansı bir müraciətin daxil olub-olmaması barədə məlumat sənədlərin arxiv müddəti bitdiyindən əldə etmək mümkün olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2024-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında sonuncu dəfə xx.xx.2008-ci il tarixdə ölkədən çıxışı qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, X1 həyat yoldaşıdır, İlqar 2008-ci il də Ukranyaya işləmək üçün getmişdir, ilk vaxtlar əlaqə olsa da sonradan münasibətlər kəsilmiş, 16 ildir ki, əlaqə yoxdur, məhkəməyə müraciət etməkdə əsas məqsəd dövlət orqanlarına müraciət edərkən İlqarın imzasının lazım olması və sənədləşmə zamanı problemlərin yaranmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, X7 üzbəüz qonşusudur, 16-17 ildir burda yoxdur, ailəsi ilə əlaqəsi uzun müddətdir ki, kəsilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, X7 qonşusudur, 16-17 ildir burda yoxdur, ailəsi ilə əlaqəsi uzun müddətdir ki, kəsilib. Evdən gedəndə uşaqları balaca idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312 –ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2024-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında sonuncu dəfə xx.xx.2008-ci il tarixdə ölkədən çıxışı qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışdan görünür ki, X9 Z.Yusifov küçəsi, 58 saylı fərdi evdə qeydiyyatda olduğuna baxmayaraq Bakı şəhəri 40 saylı Notariat ofisinin xüsusi notariusunun aktına əsasən 2008-ci ildən göstərilən ünvanda yaşamır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna əsasən verilmiş məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X9 Z.Yusifov küçəsi, 58 saylı fərdi evdə xx.xx.2006-ci il tarixdən qeydiyyatda olduğuna baxmayaraq, faktiki olaraq qonşuların aktına əsasən 2008-ci ilin avqust ayından göstərilən ünvanda yaşamır. Göründüyü kimi, ərizəçi xx.xx.2008-ci ildən Azərbaycan Respublikasından çıxmış, daha sonra ölkəyə qayıtmamışdır. Ailəsi ilə 16 ildir ki, münasibətləri kəsilmiş, yaxınları ilə ünsiyyəti olmamışdır, bu hal şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Hal-hazırda , ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Məhkəmə X7 hansı tarixdən itkin düşmüş hesab edilməsinə dair hissəsinə münasibətdə hesab edir ki, X9 xx.xx.2008-ci il tarixdən itkin düşmüş hesab olunmalıdır. Belə ki, Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X9 xx.xx.2008-ci il tarixdən etibarən xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7174/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7174/2024
29.10.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver