Məhkəmə qərarları › İş №2(011)-7180/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7180/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7180/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimin tam həcmdə təmin edilməsi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 15 yanvar 2011-ci il təvəllüdlü X3 və 29 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğinin cavabdeh X1 tutularaq iddiaçı Şirinova (Bayramova) Könül Sahib qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5691/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçının arasında bağlanmış nikahın nozulması, birgə nikahdan anadan olmuş övladları – 15 yanvar 2011-ci il təvəllüdlü X3 və 29 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 340 manat aliment məbləği uşaqların get-gedə artan tələbatlarının ödənilməsinə çatmır. İddiaçı maddi cəhətdən çox çətinliklə yaşayır. Uşaqlar böyüdükçə, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün aliment məbləği yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat aliment müəyyən edilmişdir. 340 manat alment məbləği övladlarının ən azından yaxşı tərbiyə olunmaları üçün heç də yetərli deyil. Cavabdeh övladları ilə ümumiyyətlə, maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri qəsdən, qərəzli olaraq yubadaraq ödəyir. Böyüdükcə uşaqların da atalarına münasibətdə ehtiyac və tələbatları artsa da, cavabdeh onlara münasibətdə heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, verdiyi izahatda birgə nikahdan anadan olmuş övladlarının cavabdehin valideynlərinin yanında olduğunu, lakin uşaqların geyimi və qidalanması üçün maddi yardımı özünün göstərdiyini bildirmişdir. Məhkəmə iclasında texniki vasitələrdən istifadə edilməklə izahatı alınmış cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatda uşaqların öz valideynlərinin himayəsində olduğunu, uşaqların saxlanması ilə onların məşğul olduğunu və bunun üçün öz ata-anasına maddi yardım göstərdiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətindən 15 yanvar 2011-ci il təvəllüdlü X6 və 29 may 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(011)-5691/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların anaları İddiaçı yanında qalması, onların saxlanılması üçün 28 sentyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında tərəflərin verdikləri izahatlar əsasında müəyyən edilmişdir ki, uşaqlar hazırda cavabdehin valideynlərinin yanındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 34-cü maddəsinin 4-cü hissəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: 75.1-ci mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr. 75.4-cü mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmadıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. 78-ci mаddəsinə əsаsən аliment verməyə bоrclu оlаn vаlideynin qаzаncı (gəliri) qeyri-müntəzəm, dəyişən оlаrsа, yа dа qаzаncın (gəlirin) hаmısını və yа bir hissəsini həmin vаlideyn nаturа və yа xаrici vаlyutа ilə аlırsа, yаxud оnun qаzаncı və yа sаir gəliri yоxdursа, hаbelə аlimentin vаlideynin qаzаncındаn (gəlirindən) müəyyən hissə kimi tutulmаsı mümkün оlmаdığı, çətinlik törətdiyi və yа tərəflərdən birinin mаrаğının əhəmiyyətli dərəcədə pоzulduğu bаşqа hаllаrdа, uşаqlаrın sаxlаnmаsı üçün vəsаit tutulmаsını xаhiş edən şəxsin xаhişi ilə аlimentin miqdаrı məhkəmə tərəfindən hər аy ödənilməli оlаn sаbit pul məbləğində və yа eyni zаmаndа həm sаbit pul məbləğində, həm də bu Məcəllənin 76-cı mаddəsinə uyğun оlаrаq qаzаncın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sаbit pul məbləğinin miqdаrı məhkəmə tərəfindən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq оlаn digər hаllаr nəzərə аlınmаqlа uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. 112.1-ci mаddəsinə əsаsən аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və yа аliment ödəməli оlаn şəxsi tərəflərin diqqətəlаyiq bаşqа mаrаqlаrını nəzərə аlmаqlа аlimenti ödəməkdən аzаd edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Uşаq hüquqlаrı hаqqındа” Аzərbаycаn Respublikаsının Qаnunu: 5-ci mаddəsinə əsаsən dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdır. Аzərbаycаn Respublikаsının nоrmаtiv hüquqi аktlаrı və müvаfiq оrqаnlаrın qərаrlаrı uşаq mənаfelərinə zidd оlmаmаlı və оnlаrın icrаsı uşаqlаrın həyаtınа, inkişаfınа və tərbiyəsinə zərər gətirməməlidir. “Uşаq hüquqlаrı hаqqındа” Kоnvensiyа: 27-ci mаddəsinə əsаsən hər bir uşаq özünün fiziki, əqli, mənəvi, əxlаqi və sоsiаl inkişаfı üçün lаzımi həyаt səviyyəsi hüququnа mаlikdir. Lаzımi həyаt səviyyəsinin təmin edilməsi üçün əsаs məsuliyyəti vаlideynlər dаşıyır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işə əlavə edilmiş sübutları işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, aliment uşağın saxlanılması ilə bağlı onu saxlayan şəxsə digər tərəfin maddi cəhətdən yardım göstərilməsini özündə ehtiva edir. Məhkəmə araşdırması zamanı həm iddiaçı, həm də cavabdehin verdiyi izahatlarla müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının məhkəmə qətnaməsi ilə iddiaçı olan analarının yanında saxlanılması qət edilsə də uşaqlar bugünki gün cavabdehin valideynlərinin yanındadırlar və uşaqların saxlanılması ilə bağlı xərcləri onlar çəkir. Hazırkı iddia tələbi üzrə iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı – iddia tələbinin tam həcmdə təmin edilməsi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 15 yanvar 2011-ci il təvəllüdlü X3 və 29 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğinin cavabdeh X1 tutularaq iddiaçı Şirinova (Bayramova) Könül Sahib qızına ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar