Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7211/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə iddiaçı X8 Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X15 Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3658/2016 saylı, 28 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin həcmini artıraraq 27 avqust 2013-cü il tarixdə anadan olmuş X5 və 16 noyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 300 manat məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3658/2016 nömrəli 28 iyul 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 27 avqust 2013-cü ildə anadan olmuş və 16 noyabr 2014-cü il tarixində anadan olmuş X2 anası X6 yanında qalması, 27 avqust 2013-cü il tarixdə anadan olmuş X11 və 16 noyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 09 mart 2016-cı il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq X9 verilməsi qət edilmişdir. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra keçən bu illər ərzində cavabdeh uşaqlara lazımı qaydada maddi yardım göstərməmişdir. Hazırda uşaqlar orta məktəbdə təhsil alırlar, uşaqlar məktəb ləvazimatları ilə təmin etmək lazımı qaydada ərzaq və geyimlə təmin etməkdə çətinlik yaranmışdır. 2023-cü il üçün bir uşağın aylıq dolanmaq xərci 220 manat müəyyən olunmuşdur. Cavabdehin aylıq qazancı və digər gəlirlərini müəyyən etmək mümkün deyildir. Cavabdeh tutulan alimentin əmək haqqının 1/3 hissəsi miqdarında tutulması barədə qətnamə ilə uşaqlara lazımı qaydada aliment ödənilmir. Uşaqların tələbatları günbəgün artır. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - Bakı şəhəri Xətai Rayon Məhkəməsini 2(011)-3658/2016 nömrəli 28 iyul 2016-cı il tarixli qətnaməsi ilə Nəsirova (Rzayeva) Əzizə Əli qızı ilə X7 arasında 23 oktyabr 2012-c il tarixində bağlanmış nikahın pozulması, 27 avqust 2013-cü il anadan olmuş X11 və 16 noyabr 2014-cü il tarixində anadan olmuş X4 anası X6 yanında qalması, 27 avqust 2013cü il anadan olmuş X11 və 16 noyabr 2014-cü il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 09 mart 2016-cı il tarixdən başlayaraq hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq X10 ödənilməsi qət edilmişdir. - tərəflərin “Elektron məhkəmə” İnformasiya Sistemində məlumatlarında müəyyən edilir ki, nə iddiaçı, nə cavabdehin rəsmi iş yeri yoxdur, onlar fərdi sahibkar kimi qeydiyyatdan keçməmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda cavabdehin rəsmi iş yeri olmadığına görə uşaqların saxlanılması üçün alimentin tutulması mümkün deyildir. Məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada alimentin cavabdehin gəlirindən tutulması mümkün olmadığından, bununla da cavabdeh müəyyən edilmiş alimentin ödənilməsinə dair vəzifəsinin icrasını əhatə etmədiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsini 2(011)-3658/2016 nömrəli 28 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, tərəflərin maddi vəziyyətini nəzərə alınmaqla birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia üzrə dövlət rusumu da cavabdehə aid edilməlidir. Belə ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 72,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3658/2016 nömrəli 28 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 27 avqust 2013-cü il anadan olmuş X11 və 16 noyabr 2014-cü il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 72,80 (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7211/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7211/2023
22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver