Məhkəmə qərarları › İş №2(011)-7287/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7287/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7287/2021 14.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçının nümayəndəsi "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2015-ci il tarixli 144642-CNS-16733 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 25.08.2021-ci il tarixinə Banka borclu olduğu 511,45 ABŞ dolları əsas borc, 242,20 ABŞ dolları faiz üzrə borcu olmaqla, ümumilikdə 753,65 ABŞ dolları dolları məbləğinin və ödənilmiş 30,40 AZN dövlət rüsumunun qanun üzrə vərəsələr Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2015-ci il tarixli 144642-CNS-16733 saylı “Nağd pul krediti müqaviləsi”-nə əsasən Cavabdeh1 illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1400 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 25.08.2021-ci il tarixinə 03.04.2015-ci il tarixli 144642-CNS-16733 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 511,45 ABŞ dolları məbləğində əsas borc 242,20 ABŞ dolları məbləğində faiz üzrə borcu olmaqla ümumilikdə 753,65 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borclu Cavabdeh1 08.08.2015-ci il tarixində vəfat etmiş və Bakı şəhəri 36 saylı xüsusi Notariat Kontorunun notariusu Rəna Dadaşovanın 08.02.2016-cı il və 12.02.2016-cı il tarixli məktublarına əsasən Cavabdeh2 və Cavabdeh3 1/2 hissəyə dair bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək 03.04.2015-ci il tarixli 144642-CNS-16733 saylı “Nağd pul krediti müqaviləsi” üzrə əmələ gələn borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 03.04.2015-ci il tarixdə 144642-CNS-16733 saylı Kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən bank Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 1400 ABŞ dolları məbləğində kredit verir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 08.02.2016-cı il tarixli Şəhadətnamədən görünür ki, 28.04.2015-ci il tarixdə ölmüş Cavabdeh1 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 12.02.2016-cı il tarixli Şəhadətnamədən görünür ki, 28.04.2015-ci il tarixdə ölmüş Cavabdeh1 vərəsəsi Cavabdeh3dur və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 25.08.2021-ci il tarixə 511,45 ABŞ dolları əsas, 242,20 ABŞ dolları faiz borcu, ümumilikdə 753,65 ABŞ dolları borcu vardır. Müqavilə üzrə öhdəliyini 03.04.2018-ci il tarixdən icra etmir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcu tələb etməkdə haqlıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ölümündən sonra Cavabdeh2, Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 miras əmlakı qəbul etmişlər, bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsəsi hesab edilmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər borcalan Cavabdeh1 yetkinlik yaşına çatmış vərəsələri Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdirYuxarıda qeyd edilənlə Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə həmçinin 30,40 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı X1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "Bank VTB (Azərbaycan)" ASC və Cavabdeh1 arasında bağlanmış 03.04.2015-ci il tarixli 144642-CNS-16733 saylı "Nağd pul krediti müqaviləsi" üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 511,45 (beş yüz on bir dollar qırx beş sent) ABŞ dolları əsas borc, 242,20 (iki yüz qırx iki dollar iyirmi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 753,65 (yeddi yüz əlli üç dollar altmış beş sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 tutularaq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar