Məhkəmə qərarları › İş №2(011)-7291/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7291/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7291/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «Bank VTB (Azərbayan)» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Bank VTB (Azərbayan)» ASC ilə Cavabdeh arasında bağlanmış 29.04.2019-cu il tarixli 264406-1-32185 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 02.09.2021-ci il tarixə Banka borclu olduğu 539 manat məbləğində əsas borc, 43.92 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 582.92 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Bank VTB (Azərbayan)» ASC ilə Cavabdeh arasında bağlanmış 29.04.2019-cu il tarixli 264406-1-32185 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə iyul ayına qədər (daxil olmaqla) 9 faiz əsasən sonrakı aylar üzrə 24 faiz ödəmək şərti ilə 36 ay müddətinə 2400 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir, Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdeh 29.04.2019-cu il tarixli 264406-1-32185 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 539 manat, faiz borcuna görə 43.92 manat olmaqla, borcun cəmi məbləği 582.92 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 29.04.2019-cu il tarixli 264406-1-32185 saylı “Nağd pul krediti müqaviləsi”-dən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh «Bank VTB (Azərbayan)» ASC tərəfindən iyul ayına qədər (daxil olmaqla) 9 faiz, sonrakı aylar üzrə 24 faiz ödəmək şərti ilə 36 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.09.2021-ci il tarixli arayışdan görünür ki, 02.09.2021-ci il tarixə Cavabdeh banka əsas borc məbləği 539 manat, faiz borcu 43.92 manat olmaqla, cəmi borcu 582.92 manat təşkil edir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, 29.04.2019-ci il tarixdə Cavabdeh «Bank VTB (Azərbayan)» ASC-dən 2352 manat almışdır. İş materiallarından görünür ki, 03.08.2021-ci il tarixdə Cavabdeh borcunu 3 iş günü müddətində ödəməsi ilə əlaqədar bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan 19.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, «Bank VTB (Azərbayan)» ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan 2400 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hal hazırda iddiaçının əsas borc məbləği 539 manat, faiz borcu 43.92 manat olmaqla cəmi borcu 582.92 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 539 manat əsas borc, 43.92 manat faiz borcu olmala ümumilikdə 582.92 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30.40 manat alınaraq iddiaçı «Bank VTB (Azərbayan)» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30.40 manat dövlət rüsumu tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc kimi 539 manat, faiz borcu kimi 43.92 manat olmaqla ümumilikdə 582 (beş yüz səksən iki) manat 92 (doxsan iki) qəpik və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar