Məhkəmə qərarları › İş №2(011)-7298/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7298/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7298/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan almış olduğu 500 manat ABŞ dollarını ona tam bütöv şəkildə ödənilməsi qərarını qəbul edərək pulun və məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehə 2019-cu il iyul ayı tarixində satmaq istədiyi həyət yanı evlə əlaqəli sövdələşmiş, buna görə ona 500 dollar pul vermişdir, razılaşmaya əsasən, əgər satmaq istədiyi evi ala bilməsələr, cavabdeh verdikləri pulu geriyə, özünə qaytaracaqdı, lakin həmin evi almalı olmamışdır, buna səbəb isə həm özünün, həm ailə ailə üzvlərinin xəstə olması, özünə məxsus evi sata bilməməsi olmuşdur, bu məsələdən sonra cavabdeh evi başqasına satmışdır, o da cavabdehə pulu geri qaytarmalı olduğunu bildirmişdir, lakin cavabdeh pulu qaytarmamış, hətta ona 300 dollar maddi zərər vurduğunu bildirmişdir, təkidlərinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır, dəfələrlə evinə getmiş, zəng vurmuşdur, lakin hər dəfə müxtəlif bəhanələrlə pulu qaytamamışdır, hətta pulu ödəməsin deyə onu Xaçmaz rayon Məhkəməsinə vermiş, ancaq iddiası təmin edilməmişdir. Sonda L.T.Əliyeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-528/2020 saylı 28.02.2020-ci il tarixli Qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, iddiaçı Cavabdeh kürəkəninə məxsus olan evin alqı-satqısı barədə razılığa gəlmişlər, cavabdeh İddiaçıya həmin evə görə 500 ABŞ dolları məbləğində beh ödəmişdir, lakin sonradan cavabdeh ünvan 1 ünvanında yerləşən evi almadığından alınmış beh iddiaçı tərəfindən geri qaytarılmamışdır. Həmin Qətnamə ilə iddiaçı Cavabdeh X1 təqsiri üzündən ona dəymiş 500 manat ziyanın iddiaçıya ödənilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər ünvan 1 ünvanında yerləşən evin alqı-satqısı barədə razılığa gəlmişlər, İddiaçı Cavabdeh həmin evə görə 500 ABŞ dolları məbləğində beh ödəmişdir, müqavilənin icra edilməməsi beh verən tərəf kimi iddiaçının özündən asılı olan səbəblərlə bağlıdır, iddia tələbi həmin beh məbləğinin qaytarılması barədədir. Bununla belə, alqı-satqı müqaviləsinin icra edilməməsinə görə beh alan tərəf kimi cavabdehin məsuliyyətinə əsas verən, həmçinin beh verən tərəf kimi iddiaçının məsuliyyət daşımasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, cavabdeh müqaviləni üzürlü səbəbdən icra etməməsinə dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına bu halları təsdiq edən sübutlar əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəəlin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,İddiaçı "Cavabdeh ondan almış olduğu 500 manat ABŞ dollarını ona tam bütöv şəkildə ödənilməsi qərarını qəbul edərək pulun və məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsi barədə" iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "Cavabdeh ondan almış olduğu 500 manat ABŞ dollarını ona tam bütöv şəkildə ödənilməsi qərarını qəbul edərək pulun və məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsi barədə" iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar