Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7312/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1679,84 manat əsas borcun, 124,11 manat faiz borcu və 14,09 manat cərimə borcu olmaqla, ümumilikdə 1818,04 manat borcun və 38,18 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən illik 25 faizlə 18 ay müddətinə 5000 manat kredit götürmüşdür, borcun təinatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlərə əsasən, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3577,49 AZN müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 2022-ci ilin oktyabr ayının 28-dək Cavabdeh1 banka 1679,84 manat əsas, 124,11 manat faiz borcu və 14,09 manat cərimə borcu olmaqla, ümumilikdə 1818,04 manat borcu vardır, Cavabdeh1 cərimə borcu 28,17 manat təşkil etməsinə baxmayaraq cərimə məbləğinin 50% miqdarında 14,09 manat həcmində tələb olunur, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana biznes fəaliyyəti məqsədilə 18 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 5000 manat kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.8-ci bəndinə əsasən, kredit ödənişləri üzrə gecikdm 15 günədək olduqda əsas borc məbləğinə 5 % dərəcəsilə dəbbə pulu hesablanır. Müqavilənin 7-ci maddəsinə əsasən, xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 tərəfindən verilən zaminlik kreditin təminatıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bu müqaviləyə görə Bank borcalana 18 ay müddətinə, 0 ay güzəşt müddəti, aylıq annuitet 381,95 manat olmaqla, illik 25 faiz dərəcəsi ilə 5000 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 4950 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" İKB ASC tərəfindən ayrılmış vəsaitdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir. İş materiallarında olan 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavədən görünür ki, məbləğ 3607,86 manat, illik faiz 25, müddət 13 ay, güzəşt müddəti 1 aydır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir, güzəşt müddəti 3 aydır. İş materiallarında olan 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavədən görünür ki, məbləğ 3340,11 manat, illik faiz 25, müddət 13 ay, güzəşt müddəti 3 aydır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir, güzəşt müddəti 3 aydır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir, güzəşt müddəti 3 aydır. İş materiallarında olan 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavədən görünür ki, məbləğ 3338,08 manat, illik faiz 25, müddət 12 ay, güzəşt müddəti 3 aydır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir, güzəşt müddəti 3 aydır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3577,49 manat təşkil edir, kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir, güzəşt müddəti 3 aydır. İş materiallarında olan 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, məbləğ 3577,49 manat, illik faiz 25, müddət 22 ay, güzəşt müddəti 3 aydır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3577,49 manat təşkil edir, kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 72% təşkil edir, güzəşt müddəti 3 aydır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə, xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı müqavilə üzrə banka 1679,84 manat əsas borc, 124,11 manat faiz borcu, 28,17 manat cərimə borcu olmaqla, cəmi 1832,12 manat borcu vardır, əsas borcdan ödənilən cəmi məbləğ 3559,57 manat, faizdən ödənilən cəmi məbləğ 2034,03 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq göndərilməklə onlardan kredit müqaviləsi üzrə borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 38,18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC və Cavabdeh1 arasında sonuncuya 18 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlərə əsasən, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3577,49 AZN müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdirlər, onlar, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdirlər. Hazırda cavabdehlərin banka olan ödənilməmiş borc məbləği 1679,84 manat əsas borc, 124,11 manat faiz borcu, 14,09 manat cərimə olmaqla, ümumilikdə 1818,04 manat təşkil edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehlər xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli 22-MZ-1-0-521-19 saylı kredit müqaviləsinə əsasən, cavabdehlərdən müştərək qaydada 1679,84 manat əsas borc, 124,11 manat faiz borcu, 14,09 manat cərimə borcu olmaqla, ümumilikdə 1818,04 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 38,18 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1679,84 manat əsas borc, 124,11 manat faiz borcu, 14,09 manat cərimə borcu olmaqla, ümumilikdə 1818 (min səkkiz yüz on səkkiz) manat 4 (dörd) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 38 (otuz səkkiz) manat 18 (on səkkiz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7312/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7312/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver