Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7324/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7447.94 manat əsas borc, 20.1 manat faiz borcu, 5.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7474.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 ilə bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətində 8173.65 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 ilə 20.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır, lakin borclu müqavilə şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır, 03.09.2021-ci ilədək Cavabdeh1 banka 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7447.94 manat əsas borc, 20.1 manat faiz borcu, 5.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7474.01 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Sonda iddiaçının nümayəndəsi O.K.Məhərrəmov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 29.09.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, mülki iş üzrə iddia tələbini qəbul etdiyini və bunu nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.10.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 20.12.2019-cu il tarixli 27-M-1-0-215-14 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 60 ay müddətinə, illik 1 % hesabı ilə 8173.65 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 27-M-1-0-215-14 saylı saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 8173.65 manat, illik faiz 1%, müddət 60 ay, güzəşt müddəti 12 ay təşkil edir. İş materiallarında olan 20.12.2019-cu il tarixli 27-M-1-0-215-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin(Cavabdeh2) 20.12.2019-cu il tarixli 27-M-1-0-215-14 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 03.09.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 8173.65 manat kredit götürmüşdür və onun banka olan cəmi borc məbləği 7474.01 manat təşkil edir. İş materiallarında olan 07.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh2 və Cavabdeh1 23.08.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan 20.12.2019-cu il tarixli 27-M-1-0-215-14 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.08.2021-ci il tarixli arayışından görünür ki Cavabdeh1 ünvan 1 ünvanında, Cavabdeh2 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh1 arasında 20.12.2019-cu il tarixli 27-M-1-0-215-14 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, Cavabdeh1 bank tərəfindən illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 8173.65 manat məbləğində kredit vəsaiti ayrılmış, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişlər, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsələr də həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda banka olan ödənilməmiş borc məbləği 7447.94 manat əsas borc, 20.1 manat faiz borcu, 5.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7474.01 manat təşkil edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7447.94 manat əsas borc, 20.1 manat faiz borcu, 5.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7474.01 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7447,94 manat əsas borc, 20,01 manat faiz borcu və 5,97 manat cərimə borcu olmaqla, ümumilikdə 7474 (yeddi min dörd yüz yetmiş dörd) manat 01 (bir) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7324/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7324/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver