Məhkəmə qərarları › İş №2(011)-7337/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7337/2025

17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7337/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı cavabdeh “X3” X2rşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3” X2rşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” X6n direktoru Ariz Cəbrayılova və həkim-cərrah X1 ödədiyi 5460 manat pulun çənə nahiyəsində aparılan uğursuz cərrahi əməliyyata görə ona qaytarılması, səhhətinə vurduqları ziyana görə iddiaçıya 25 000 manat məbləğində təzminat ödənilməsi və dövlət rüsumu olaraq ödədiyi məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində iddianın verildiyi məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qeyd edilmiş, iddia ərizəsi isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etsə də, ********** nömrəli qəbzin surətindən görünür ki, dövlət rüsumu xx.xx.2025-ci il tarixdə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin icraatında olmuş 2(005)-3099/2025 saylı iş üzrə iddia ərizəsi verilərkən iddiaçı tərəfindən həmin məhkəməyə ödənilmişdir. Həmin iş üzrə iddia ərizəsi Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(005)-3099/2025 saylı qərardadı ilə geri qaytarılmış, eləcə də iddiaçının məhkəməyə ödədiyi dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmçinin, iddiaçı cavabdeh qismində “X3” X6 cəlb etsə də, iddia ərizəsində “X3” X6 eyniləşdirməyə imkan verən məlumatlar qeyd edilməmiş, “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə edilmiş sorğular əsasında belə bir hüquqi şəxsin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin məzmununda adıçəkilən Cavabdeh MMC-nin (VÖEN: **********) hüquqi ünvanı isə ünvan 1hkəmə hesab edir ki, iddia ərizəsinin qanunevricilikdə müəyyən edilmiş forma və məzmununa dair tələblərə riayət edilmədən verildiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 114.1.3, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X3” X2rşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar