Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7375/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 iştirakı ilə, "xxxx"” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC–nin xeyrinə 01.02.2019-cu il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 7420.85 manat, faiz borcu üzrə 477.21 manat olmaqla cəmi 7898.06 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun,habelə 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.02.2019cu il tarixli, BPM**********30 saylı müqaviləyə əsasən, Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 9000 manat məbləğində kredit verilmişdir, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 ilə 01.02.2019-cu il tarixli, BPM**********30 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitdən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 7420.85 manat əsas, 477.21 manat faiz borcu olmaqla, cəmi 7898.06 manat təşkil edir. Sonda qeyd edilənlərə əsasən, Bankın nümayəndəsi X2 əsas borc üzrə 7420.85 manat, faiz borcu üzrə 477.21 manat olmaqla cəmi 7898.06 manat kredit borcunun və 30.40 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 01.10.2021-ci il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, həmçinin məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, iddiaçıya 7420.85 manat əsas, 477.21 manat faiz borcu olmaqla, cəmi 7898.06 manat məbləğində borcu olduğunu etiraf edir, borcunu ödəyəcəkdir. Sonda Cavabdeh1 qeyd edilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 01.02.2019-cu il tarixli, BPM**********30 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə, illik 24% olmaqla 9000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.02.2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 8910 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 01.02.2019-cu il tarixli, BPM**********30 saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımaq və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlak,banklardakı vəsaitləri,qiymətli kağızları və s. hesabına ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 18.08.2021-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 5 gün müddətində ödənilməsi xahiş edilmişdir, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 17.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 216RZL********** nömrəli 01.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 07.09.2021-ci il tarixə 7420.85 manat ödənilməmiş əsas borc, müqavilə müddətində illik 24% olmaqla ödənilməmiş 477.21 manat faiz üzrə borc, cəmi 7898.06 manat borc məbləği hesablanmışdır. İş materiallarında olan 08.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 18.06.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh2 Tovuz rayonu, Alakol kəndində, Cavabdeh1 isə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 zamin durmuşdur, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, hazırda onların iddiaçıya 7420.85 manat əsas, 477.21 manat faiz borcu olmaqla, cəmi 7898.06 manat məbləğində borcu qalmışdır, bank tərəfindən cavabdehlərə bildiriş məktubu göndərilmişdir, Cavabdeh1 iddia tələbini qəbul edir, bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən,əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 7420.85 manat, faiz borcu üzrə 477.21 manat olmaqla cəmi 7898.06 manat məbləğində kredit borcu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, onlardan dövlət rüsumu qismində ödənilmiş 30 manat, bank xidməti kimi ödənilmiş 0,40 manat alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 7420.85 manat, faiz borcu üzrə 477.21 manat olmaqla cəmi 7898 (yeddi min səkkiz yüz doxsan səkkiz) manat 06 (altı) qəpik borc pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7375/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7375/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver