Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7408/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qanun üzrə vərəsələri olan cavabdehlər Əliyeva (Xalıqova) Fazilə Zaur qızından, Cavabdeh2 və Cavabdeh4 20.04.2015-cı il tarixli 137785-1-15010 saylı nağd pul krediti müqaviləsinə əsasən 3095,48 ABŞ dolları əsas borc, 473,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3569,47 ABŞ dolları borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.04.2015-ci il tarixli 137785-1-15010 saylı nağd pul krediti müqaviləsinə əsasən illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 7173 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəlikləri icra etməmiş və nəticədə banka 13.09.2021-ci ıl tarixinə 3095,48 ABŞ dolları əsas borc, 473.99 ABŞ dolları faiz borcu olmaqla, 3569.47 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borclu Cavabdeh1 05.01.2017-ci il tarixində vəfat etmiş və Bakı şəhəri 48 saylı xüsusi Notariat Kontorunun notariusu Səadət Hüseynovun 10.12.2019-cu il tarixli məktubuna əsasən Əliyeva (Xalıqova) Fazilə Zaur qızına, Cavabdeh2 və Cavabdeh4 1/3 hissəyə dayır bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 qanun üzrə vərəsəsi olan Cavabdeh2 20.04.2015-cı il tarixli 137785-1-15010 saylı nağd pul kredit müqaviləsinə əsasən 3095,48 ABŞ dolları əsas borc, 473,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3569,47 ABŞ dolları borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, həyat yoldaşı Cavabdeh1 vəfat etmişdir. Onun iddiaçı bankdan kredit götürməsi barədə məlumatı olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.04.2015-cı il tarixli 137785-1-15010 saylı nağd pul krediti müqaviləsinin surətindən görünür ki, borc alana illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 7173 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə banka borcu 13.09.2021-ci il tarixə 3095,48 ABŞ dolları əsas borc, 473,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3569,47 ABŞ dolları təşkil edir. AZ-İ seriyalı 850576 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 05.01.2017-ci il tarixində vəfat etmişdir. 10.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3, Cavabdeh2 və Cavabdeh4 Cavabdeh1 miras qalmış Bakı Şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 27, 12 saylı mənzildən hər biri 1/3 hissədə pay almalıdır. 10.12.2019-cu il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3, Cavabdeh1 miras qalmış Bakı Şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 27, 12 saylı mənzildən onun payına düşən 1/3 hissədə miras payını Cavabdeh2 bağışlamışdır. İddia ərizəsinə əlavə olunmuş pretenziyanın surətlərindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, mərhum Cavabdeh1 20.04.2015-cı il tarixli 137785-1-15010 saylı nağd pul krediti müqaviləsi üzrə İddiaçı ASC-yə 3095,48 ABŞ dolları əsas borc, 473,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3569,47 ABŞ dolları borcunun qalması, arvadı Cavabdeh2 onun vərəsəsi olması təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 20.04.2015-cı il tarixli 137785-1-15010 saylı nağd pul krediti müqaviləsi üzrə borc alan Cavabdeh1 qanun üzrə vərəsəsi olan Cavabdeh2 3095,48 ABŞ dolları əsas borc, 473,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3569,47 (üç min beş yüz altmış doqquz dollar 47 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apeşllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7408/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7408/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver