Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7438/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «SKY ELEKTRONİKS” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1287 manat əsas borcun və 32,87 manat məbləğində ödənilmiş dövlət rüsumunun «SKY ELEKTRONİKS” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə ümumi qiyməti 2153 manat dəyərində olan Akril markalı mətbəx mebeli, Cocobella markalı unitaz, PCAG markalı künc kəsici, Einhell markalı drel, Einhell markalı lambir, Horizon markalı şin satılmışdır, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 210 manat ilkin ödəniş etməklə, hər ay üçün 161,92 manat 83 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür, lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin əsas məbləği olan 1287 manat borcundan bu günədək ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, alıcı Cavabdeh ilə satıcı «SKY ELEKTRONİKS” MMC arasında xx.xx.2019-cu il tarixli ******* saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı alıcıya 12 ay müddətinə hissə-hissə ödəniləcək ümumi qiyməti 1943 manat dəyərində olan əşya satmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 2153 manat kredit borcundan bu günədək 866 manat ödəniş etmiş, 1287 manat əsas borcu qalmışdır. İş materiallarında olan Satılmış əşyaların təhvil verilməsi haqqında Aktdan görünür ki, alıcı ümumi dəyəri 2153 manat təşkil edən əşyaları alıcıya təhvil vermiş, alıcı isə həmin malları satıcıdan təhvil almışdır. İş materiallarından görünür ki, «SKY ELEKTRONİKS” MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilməklə ondan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən borcunun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı cavabdehin diqqətinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 32,87 manat dövlət rüsumu ödəmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən cavabdeh iddiaçı «SKY ELEKTRONİKS” MMC-dən ümumi dəyəri 2153 manat olan Akril markalı mətbəx mebeli, Cocobella markalı unitaz, PCAG markalı künc kəsici, Einhell markalı drel, Einhell markalı lambir, Horizon markalı şini 210 manat ilkin ödəniş etməklə almış, müqaviləyə əsasən cavabdeh hər ay 161,92 manat hissə-hissə ödəniş etməyi öhəsinə götürsə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməməklə iddiaçıya 1287 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla belə cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019 -cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1287 manat borc Cavabdeh alınaraq iddiaçı «SKY ELEKTRONİKS” MMC-yə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 32,87 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh borca görə 1287 (min iki yüz səksən yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 87 (səksən yeddi) qəpik pul məbləği alınaraq iddiaçı «SKY ELEKTRONİKS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7438/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7438/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver